Beynəlxalq əməkdaşlıq və strateji tərəfdaşlıqların qurulması üzrə rəhbərlik edir
Vakansiya haqqında
Birbankda Xəzinədarlıq departamentinin Beynəlxalq bankçılıq şöbəsinin mütəxəssisi rolunda beynəlxalq maliyyə institutları ilə strateji tərəfdaşlıqların qurulmasına, bankın beynəlxalq maliyyə bazarlarına çıxışının genişləndirilməsinə və xarici maliyyələşmə imkanlarının artırılmasına töhfə verəcək, FI əlaqələri və beynəlxalq ticarətin maliyyələşdirilməsi sahəsində bilik və bacarıqlara malik mütəxəssis axtarırıq.
Vəzifə öhdəlikləri
Xarici banklar və maliyyə institutları ilə əməkdaşlığın qurulması və mövcud əlaqələrin inkişaf etdirilməsi;
Müxbir bank münasibətlərinin qurulması, hesabların açılması və əlaqəli proseslərin koordinasiyası;
Tərəfdaş bankların KYC sorğularının cavablandırılması, tələb olunan sənədlərin hazırlanması və yenilənməsi;
Beynəlxalq ticarətin maliyyələşdirilməsi alətləri, o cümlədən akkreditivlər, bank qarantiyaları və ticarət kreditləri üzrə işlərin həyata keçirilməsində iştirak edilməsi;
Xarici maliyyə institutlarından maliyyələşmənin cəlb edilməsi üzrə təkliflərin və şərtlərin təhlil edilməsi;
Xarici tərəfdaşlarla yazışmaların aparılması, görüşlərin təşkili və aidiyyəti struktur bölmələrlə işin əlaqələndirilməsi.
Tələblər
Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi və ya digər əlaqəli sahələrdə ali təhsil;
Bankçılıq sahəsində ən azı 2 il iş təcrübəsi;
Azərbaycan dilində sərbəst, ingilis və rus dillərində işgüzar yazışma və danışıqlar aparmaq bacarığı;
KYC prosedurları, müştərinin və maliyyə institutlarının tanınması üzrə sənədləşmə tələbləri barədə biliklər;
Beynəlxalq bankçılıq, müxbir bank münasibətləri və ticarətin maliyyələşdirilməsi üzrə baza biliklər;
MS Office proqramları, xüsusilə MS Excel və MS PowerPoint ilə işləmək bacarığı;
Beynəlxalq bankçılıq sahəsində təcrübə və ticarətin maliyyələşdirilməsi üzrə beynəlxalq qaydalar haqqında biliklər üstünlükdür;
Analitik düşüncə və məlumatlara əsaslanan qərarvermə;
Problem həlletmə bacarığı və nəticəyönümlülük;
Effektiv kommunikasiya və komandaya sürətli uyğunlaşma.
Üstünlüklər
Ekosistem səviyyəsində öyrənmə imkanları
Mentorluq və peşəkar inkişaf
Milyonlarla müştəri üçün real təsir yaratmaq
Dəstəkləyici və açıqfikirli mədəniyyət
Texnologiya və biznesin kəsişməsində karyera imkanı
Rəqabətli əməkhaqqı və bonuslar
Yüksək təminatlı sığorta
Visa Premium əməkhaqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət günləri
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
PBT2 (Port Baku Tower 2) binasında yerləşir.
Bankçılıq sahəsində ən azı 2 il iş təcrübəsi tələb olunur.
Rəqabətli əməkhaqqı və bonuslar təklif olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBeynəlxalq əlaqələr meneceri üzrə Bakıda digər açıq elanlar.
Beynəlxalq əlaqələr sektorunda idarəetmə və layihələrin həyata keçirilməsində təcrübə tələb olunur
Müştərilərlə iş aparmaq və satış prosesini idarə etmək üçün ən azı 2 il təcrübə tələb olunur
Xarici bazarlarda satış və bazar araşdırması aparmaq, güclü ünsiyyət bacarığı tələb olunur



