Beynəlxalq əməkdaşlıq və strateji tərəfdaşlıqların qurulması üzrə rəhbərlik edir
Vakansiya haqqında
Dövlət qulluğuna qəbul üzrə ümumi müsahibə (DİM).
Struktur bölmə
Bakı Şəhər İcra Hakimiyyəti, Şəhər İcra Hakimiyyəti başçısı Aparatı, Beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsi, Beynəlxalq əlaqələr sektoru
Vakant inzibati vəzifənin təsnifatı
5
Aylıq vəzifə maaşı
3460
Qulluq funksiyaları
- İcra hakimiyyəti və struktur bölmələrinin vahid beynəlxalq əməkdaşlıq fəaliyyətini təşkil etmək məqsədilə kompleks tədbirlərdən irəli gələn tapşırıqların yerinə yetirilməsinə nəzarət edir;
- Xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəlikləri, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri, beynəlxalq və regional təşkilatlar, sahə üzrə kommersiya və qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan beynəlxalq və yerli şirkətlər, ictimai birliklər, işgüzar klublar, qeyri-hökumət təşkilatları, universitetlər, tədqiqat institutları və beyin mərkəzləri ilə qarşılıqlı əlaqələrin qurulmasından irəli gələn məsələləri həll edir;
- İcra hakimiyyətinin strukturuna daxil olan qurumların beynəlxalq fəaliyyətləri ilə bağlı tapşırıqları yerinə yetirir, onların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində, işçilərin ezamiyyə səfərlərinin və beynəlxalq tədbirlərin təşkilinə, texniki yardım və bu kimi digər mənbələrdən istifadə edilməsinə dair şöbə müdirinə rəy və təkliflər verir;
- İcra hakimiyyətinin prioritet hesab etdiyi istiqamətlər üzrə beynəlxalq təşkilatlarla birgə inkişaf layihələri və proqramlarını, həmçinin aidiyyəti struktur bölmələri ilə birlikdə beynəlxalq layihələrin hazırlanmasına nəzarət edir;
- Dünyada baş verən prosesləri və tendensiyaları araşdırır və təhlil edir;
- Müxtəlif sahədə beynəlxalq inteqrasiyanın sürətləndirilməsi üçün strateji istiqamətlərə dair şöbə müdirinə təkliflər verir;
- İcra hakimiyyətinin strukturuna daxil olan qurumların nümayəndələrinin (rəhbərlər, əməkdaşlar və mütəxəssislərinin) sahə üzrə təşkil edilən beynəlxalq tədbirlərdə (sərgi, konfrans, seminar, kurs, iclas, təqdimat mərasimi, ziyafətlər və s.) iştirakı ilə bağlı şöbə müdirinə təkliflər verir, bununla əlaqədar İcra hakimiyyətinin struktur bölmə rəhbərlərinin təkliflərini araşdıraraq iştirakın zəruriliyini müəyyən edir;
- İcra hakimiyyətinin strukturuna daxil olan qurumların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə xarici ölkələrdən mütəxəssislərin dəvət edilməsini, onların səfərlərinin və Azərbaycandakı fəaliyyətinin təşkilindən irəli gələn məsələləri həll edir;
- Beynəlxalq sənədlərin İcra hakimiyyətinin strukturuna daxil olan qurumlar tərəfindən imzalanması ilə bağlı xarici dövlətlər, beynəlxalq təşkilatlarla danışıqlar aparır, ölkəmizdə keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlərə dair əvvəlcədən məlumat əldə edir və fəaliyyət istiqamətləri üzrə şöbə müdirinə təkliflər verir;
- Ölkə daxilində və xaricdə beynəlxalq tədbirlərin (sərgi, forum, konfrans, seminar, kurs, iclas, təqdimat mərasimi, ziyafət və s.) təşklini həyata keçirir, xaricdə keçirilən tədbirlərdə iştirakı nəzərdə tutulan İcra hakimiyyəti əməkdaşlarının, nümayəndə heyətinin səfərini təşkil edir;
- Dövlət Proqramlarında, Strateji Yol Xəritələrində, Strateji Planlarda və Fəaliyyət Planlarında şöbənin fəaliyyət istiqamətləri üzrə qeyd olunmuş tədbirlərin həyata keçirilməsinə nəzarət edir;
- İcra hakimiyyətinin digər ölkələrin dövlət qurumları və beynəlxalq təşkilatlarla münasibətlərinin qurulması və inkişaf etdirilməsi ilə əlaqədar şöbə müdirinə təkliflər verir, beynəlxalq tədbirlərdə İcra hakimiyyətinin təmsil edilməsi ilə bağlı tədbirlər görür;
- Xarici ölkələrə ezamiyyətə göndərilən İcra hakimiyyətinin strukturuna daxil olan qurumların əməkdaşları üçün viza alınması məqsədilə dəstək məktubunun hazırlanması istiqamətində onlara lazımi köməklik göstərir;
- Sektorun iş planının hazırlanmasına ,iş planında nəzərdə tutulmuş aidiyyəti tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilmnəsinə nəzarət edir;
- Sektorun fəaliyyəti ilə bağlı hesabat, arayış və məlumatların hazırlanmasına nəzarət edir;
- Sektora daxil olan aidiyyəti ərizə, şikayət, təklif və məktubların qanunvericiliklə müəyyən edilmiş qaydada icra olunmasına nəzarət edir, səlahiyyətləri daxilində vətəndaşları qəbul edir;
- Sektorda kargüzarlıqla bağlı qaydalara və məxfilik rejiminə əməl olunmasına nəzarət edir;
- Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
Vakant inzibati vəzifənin tutulması şərtləri
- Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, tərcümə (dillər üzrə), politologiya, regionşünaslıq (regionlar üzrə), hüquqşünaslıq, beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər ixtisasları üzrə ali təhsil
- İş stajına dair tələblər: 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
- Kompüter biliklərinə dair tələblər: yoxdur
- Xarici dil biliklərinə dair tələblər: İngilis dili-C1; Rus dili-C1;
Müsahibə elanının tarixi
02.11.2026 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət
01.12.2026 18:00
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Minimum 4 il iş təcrübəsi tələb olunur.
İngilis və Rus dilləri C1 səviyyəsində tələb olunur.
Müsahibə 02.11.2026 tarixində, sənədlərin qəbulu 01.12.2026 tarixində başa çatır.
İqtisadiyyat, idarəetmə, tərcümə, politologiya, regionşünaslıq, hüquqşünaslıq, beynəlxalq münasibətlər və ya dövlət və ictimai münasibətlər ixtisasları üzrə ali təhsil tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBeynəlxalq əlaqələr meneceri üzrə Bakıda digər açıq elanlar.
Beynəlxalq bankçılıq və ticarətin maliyyələşdirilməsi üzrə mütəxəssis kimi strateji tərəfdaşlıqlar qurur və inkişaf etdirir
Layihə və proqramların icrasını planlaşdırır, koordinasiya edir və monitorinq edir, minimum 2 il təcrübə tələb olunur
Layihə koordinasiyası aparır, büdcə və cədvəl idarəçiliyində təcrübə tələb olunur

