Vakansiya haqqında

Vəzifə öhdəlikləri

  • Şirkətin məhsul və xidmətləri üçün biznes strategiyası və biznes planlarını hazırlayır.
  • Şirkətin maliyyə dövriyyəsini artıra biləcək yeni xidmət və ya məhsul yaradılmasında yaxından iştirak edir.
  • Şirkətin məhsul və xidmətləri üçün yeni müştərilər cəlb edir və onlarla əməkdaşlıq prosesini həyata keçirir.
  • Müştəri xidmətlərindən daxil olan sorğular və ya bazar araşdırması nəticəsində müəyyən edilən potensial müştərilərin müəyyən edilməsini təmin edir.
  • Müştərilərlə əlaqələrin yaradılması (soyuq zəng, onlayn, görüş).
  • İlkin şərtlərin və təklifin təqdim edilməsi.
  • Müqavilə proseslərini tam nəzarətdə saxlayır (şərtlərin müzakirəsi, təsdiqlənməsi, imzalanması).
  • Aidiyyəti struktur bölmələri ilə məlumat bölgüsünü təmin edir.
  • Müştərilər və onların məhsul və xidmətləri üçün inteqrasiya proseslərini daim nəzarətdə saxlayaraq icrasını tam təmin edir.
  • Nağd və onlayn ödəniş bazarlarında baş verənləri mütəmadi olaraq araşdırır, bu sahədə ən son trendləri öyrənir.
  • Öz sahəsində olan təchizatçılarla aparılan işlərə, sifarişlərin vaxtında yerləşdirilməsinə və icrasına nəzarət edir.
  • Vəzifə öhdəlikləri çərçivəsində görülən işlər barədə şöbə rəhbərinə həftəlik və aylıq hesabat verir.
  • Şirkətin biznes inkişafı fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələlərdə aktiv iştirak edir.

İş şəraiti

  • Ofis daxili;
  • İş rejimi: həftənin 5 günü (09:00–18:00);
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar yeməyinin təmin olunması;
  • "Birlikdə istirahət" tədbirlərinin keçirilməsi.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yerləşmə
Azərbaycan
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
30 iyul 2026
Son tarix
30 avqust 2026

Şirkət haqqında

Mpay MMC
Financial Services · Baku
Mpay MMC — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Biznes inkişafı üzrə mütəxəssis
Müraciət et