Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Departamentin fəaliyyətinə strateji rəhbərliyi həyata keçirmək, strateji planlaşdırma, biznesin inkişafı və layihələrin idarə edilməsi proseslərini koordinasiya etmək;
  • Mövcud məhsul və xidmətlərin təkmilləşdirilməsi, yeni bazar imkanlarının müəyyənləşdirilməsi və biznesin inkişaf perspektivlərinin qiymətləndirilməsi üzrə analitik təhlilləri təşkil etmək;
  • Cəmiyyətin ümumi biznes strategiyasının hazırlanmasında iştirak etmək, təsdiq edilmiş strategiyanın icrasını əlaqələndirmək və strateji hədəflərə nailolma səviyyəsini qiymətləndirmək;
  • Yeni biznes imkanlarının müəyyənləşdirilməsi və innovativ layihələrin həyata keçirilməsi üzrə təşəbbüslər irəli sürmək, layihələrin planlaşdırılması, icrası və nəticələrinin qiymətləndirilməsinə rəhbərlik etmək;
  • Bazar tendensiyalarını, rəqabət mühitini və rəqiblərin fəaliyyətini təhlil etmək, əldə olunan nəticələr əsasında biznesin inkişafına yönəlmiş təkliflər hazırlamaq;
  • Potensial tərəfdaşlarla işgüzar danışıqlar aparmaq, əməkdaşlıq imkanlarını qiymətləndirmək və strateji tərəfdaşlıq əlaqələrinin qurulmasını təmin etmək;
  • Biznesin davamlı inkişafı, gəlirliliyin artırılması və əməliyyat proseslərinin optimallaşdırılması istiqamətində təkliflər hazırlamaq və müvafiq təşəbbüslərin icrasını koordinasiya etmək;
  • Departamentin aylıq, rüblük və illik fəaliyyət hesabatlarının hazırlanmasını təşkil etmək, nəticələri təhlil etmək və rəhbərliyə təqdim etmək.

Tələblər:

  • Ali təhsil (iqtisadiyyat, idarəetmə, biznesin idaə edilməsi və s. üzrə);
  • Biznesin inkişafı, strateji planlaşdırma və ya biznes proseslərinin idarə edilməsi sahəsində ən azı 5 il iş təcrübəsi;
  • Strateji planlaşdırma, biznes strategiyasının hazırlanması və icrası üzrə nəzəri və praktiki biliklər;
  • Layihələrin idarə edilməsi metodologiyaları üzrə biliklər; PMP sertifikatı, maliyyə modelləşdirilməsi və şirkətlərin dəyərinin qiymətləndirilməsi üzrə bilik və sertifikatlar üstünlükdür;
  • Biznes proseslərinin təhlili, idarə edilməsi və optimallaşdırılması üzrə biliklər;
  • Büdcələşdirmə, xərclərin təhlili, maliyyə modelləşdirilməsi və səmərəlilik göstəricilərinin hesablanması bacarığı;
  • Biznes layihələrinin maliyyə və iqtisadi səmərəliliyini qiymətləndirmək bacarığı;
  • MS Office proqramları, xüsusilə Excel və biznes analitikası alətləri ilə işləmək bacarığı;
  • Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət, ingilis dili biliyi üstünlükdür;
  • Yüksək səviyyədə təqdimat və danışıqlar aparmaq, işgüzar münasibətləri effektiv idarə etmək bacarığı;
  • Strateji və innovativ düşüncə, güclü analitik təhlil və problem həll etmə bacarığı;
  • Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük;
  • Komanda ilə işləmək, qərarvermə və dəyişən biznes mühitinə uyğunlaşmaq bacarığı.

İş rejimi:

  • 5 günlük iş qrafiki
  • İş saatı 09:00-18:00-dək
  • Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.

Şirkətimizə qoşulun, yeni uğurlara imza atın!

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
6 oktyabr 2026
Dillər
Azerbaijani, English
Son tarix
5 noyabr 2026
HRX ilə müraciət
1
Baxış
64

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Biznes inkişafı meneceri üzrə bazar adətən 1 000–2 750 ₼ ödəyir, median — 1 500 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

20 açıq vakansiya, 13 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Biznes inkişafı meneceri kimi öz maaşını yoxla

Şirkət haqqında

Aqrar İnnovasiya və Təchizat Şirkəti
Farming · Baku
Aqrar İnnovasiya və Təchizat Şirkəti — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

İş 5 günlük qrafikdə, saat 09:00-dan 18:00-dəkdir.

N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3 ünvanında yerləşir.

Biznesin inkişafı, strateji planlaşdırma və ya biznes proseslərinin idarə edilməsi sahəsində ən azı 5 il iş təcrübəsi tələb olunur.

Strateji planlaşdırma, layihə idarəetməsi, analitik təhlil, biznes proseslərinin idarə edilməsi və maliyyə modelləşdirilməsi bacarıqları tələb olunur.

İngilis dili biliyi üstünlükdür, lakin əsas tələb deyil.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Biznes inkişafı meneceri üzrə Bakıda digər açıq elanlar.

Connex MMC
Middle · 3–5 ilBakı
2 000–3 500₼

Beynəlxalq bazarları araşdırır, yeni biznes imkanları tapır və müştərilərlə danışıqlar aparır.

Business DevelopmentB2B SalesMarket ResearchNegotiation+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Biznesin inkişafı departamentinin müdiri
Müraciət et