Biznesin inkişafını idarə edir və strateji tərəfdaşlıqlar qurmaq bacarığı tələb olunur.
Vakansiya haqqında
“Biznesin inkişafı departamentinin müdiri” vakansiyası üzrə işçi axtarışı elan edilir! Yeni imkanlar qazanmaq və dinamik iş mühitində dəyər yaradan komandanın bir parçası olmaq istəyirsinizsə, sizi vakansiyamıza müraciət etməyə dəvət edirik.
Vəzifə öhdəlikləri:
- Departamentin fəaliyyətinə strateji rəhbərliyi həyata keçirmək, strateji planlaşdırma, biznesin inkişafı və layihələrin idarə edilməsi proseslərini koordinasiya etmək;
- Mövcud məhsul və xidmətlərin təkmilləşdirilməsi, yeni bazar imkanlarının müəyyənləşdirilməsi və biznesin inkişaf perspektivlərinin qiymətləndirilməsi üzrə analitik təhlilləri təşkil etmək;
- Cəmiyyətin ümumi biznes strategiyasının hazırlanmasında iştirak etmək, təsdiq edilmiş strategiyanın icrasını əlaqələndirmək və strateji hədəflərə nailolma səviyyəsini qiymətləndirmək;
- Yeni biznes imkanlarının müəyyənləşdirilməsi və innovativ layihələrin həyata keçirilməsi üzrə təşəbbüslər irəli sürmək, layihələrin planlaşdırılması, icrası və nəticələrinin qiymətləndirilməsinə rəhbərlik etmək;
- Bazar tendensiyalarını, rəqabət mühitini və rəqiblərin fəaliyyətini təhlil etmək, əldə olunan nəticələr əsasında biznesin inkişafına yönəlmiş təkliflər hazırlamaq;
- Potensial tərəfdaşlarla işgüzar danışıqlar aparmaq, əməkdaşlıq imkanlarını qiymətləndirmək və strateji tərəfdaşlıq əlaqələrinin qurulmasını təmin etmək;
- Biznesin davamlı inkişafı, gəlirliliyin artırılması və əməliyyat proseslərinin optimallaşdırılması istiqamətində təkliflər hazırlamaq və müvafiq təşəbbüslərin icrasını koordinasiya etmək;
- Departamentin aylıq, rüblük və illik fəaliyyət hesabatlarının hazırlanmasını təşkil etmək, nəticələri təhlil etmək və rəhbərliyə təqdim etmək.
Tələblər:
- Ali təhsil (iqtisadiyyat, idarəetmə, biznesin idaə edilməsi və s. üzrə);
- Biznesin inkişafı, strateji planlaşdırma və ya biznes proseslərinin idarə edilməsi sahəsində ən azı 5 il iş təcrübəsi;
- Strateji planlaşdırma, biznes strategiyasının hazırlanması və icrası üzrə nəzəri və praktiki biliklər;
- Layihələrin idarə edilməsi metodologiyaları üzrə biliklər; PMP sertifikatı, maliyyə modelləşdirilməsi və şirkətlərin dəyərinin qiymətləndirilməsi üzrə bilik və sertifikatlar üstünlükdür;
- Biznes proseslərinin təhlili, idarə edilməsi və optimallaşdırılması üzrə biliklər;
- Büdcələşdirmə, xərclərin təhlili, maliyyə modelləşdirilməsi və səmərəlilik göstəricilərinin hesablanması bacarığı;
- Biznes layihələrinin maliyyə və iqtisadi səmərəliliyini qiymətləndirmək bacarığı;
- MS Office proqramları, xüsusilə Excel və biznes analitikası alətləri ilə işləmək bacarığı;
- Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət, ingilis dili biliyi üstünlükdür;
- Yüksək səviyyədə təqdimat və danışıqlar aparmaq, işgüzar münasibətləri effektiv idarə etmək bacarığı;
- Strateji və innovativ düşüncə, güclü analitik təhlil və problem həll etmə bacarığı;
- Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük;
- Komanda ilə işləmək, qərarvermə və dəyişən biznes mühitinə uyğunlaşmaq bacarığı.
İş rejimi:
- 5 günlük iş qrafiki
- İş saatı 09:00-18:00-dək
- Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.
CV-lərinizi mövzu hissəsində “Biznesin inkişafı departamentinin müdiri” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.
Şirkətimizə qoşulun, yeni uğurlara imza atın!
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Biznes inkişafı meneceri üzrə bazar adətən 1 200–2 750 ₼ ödəyir, median — 1 700 ₼.
22 açıq vakansiya, 12 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Biznes inkişafı meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş 5 günlük qrafikdə, saat 09:00-dan 18:00-dəkdir.
Biznesin inkişafı sahəsində ən azı 5 il iş təcrübəsi tələb olunur.
Nərimanov rayonu, Əhməd Rəcəbli 1 /3 ünvanında yerləşir.
Ali təhsil iqtisadiyyat, idarəetmə və ya biznesin idarə edilməsi sahəsində olmalıdır.
MS Office proqramları, xüsusilə Excel və biznes analitikası alətləri bilməlidir.
Strateji planlaşdırma, layihə idarəçiliyi, analitik təhlil, təqdimat və danışıqlar bacarıqları tələb olunur.
CV mövzu hissəsində “Biznesin inkişafı departamentinin müdiri” yazılaraq elektron poçt ünvanına göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBiznes inkişafı meneceri üzrə Bakıda digər açıq elanlar.
Biznesin inkişafı və korporativ satış üzrə fəaliyyət göstərir, bazar analizi və strateji planlaşdırma bacarığı tələb olunur.
Beynəlxalq bazarları araşdırır, yeni biznes imkanları tapır və müştərilərlə danışıqlar aparır.
Bakıda kommersiya daşınmazlığı sahəsində biznes inkişafını idarə edir və 5 il təcrübə tələb olunur




