Vakansiya haqqında

Korporativ bankçılıq komandamıza müştəri portfelinin idarə edilməsi və inkişafı üzrə peşəkar bilik və təcrübəyə malik namizədləri dəvət edirik. Bu vəzifədə siz korporativ müştərilərlə münasibətlərin inkişaf etdirilməsində, kredit proseslərinin idarə olunmasında, satış imkanlarının artırılmasında və portfel üzrə risklərin effektiv idarə edilməsində aktiv rol alacaqsınız.

Vəzifə öhdəlikləri

  • Korporativ müştəri portfelinin idarə olunması və inkişaf etdirilməsi, mövcud müştərilərlə biznes əlaqələrinin gücləndirilməsi və genişləndirilməsi;
  • Müştəri sorğularının operativ cavablandırılması, yüksək xidmət səviyyəsinin təmin edilməsi və müştərilərlə görüşlərin təşkili və keçirilməsi;
  • Müştərilərin maliyyə vəziyyətinin periodik monitorinqi və təhlili, maliyyə məlumatlarının ilkin təhlilinin aparılması;
  • Müştərilərin bank məhsullarından istifadəsinin artırılması (cross-sell və up-sell), yeni korporativ müştərilər üzrə potensial bazarın araşdırılması və satış strategiyasının hazırlanması və icrası;
  • Kredit tələblərinin formalaşdırılması, sənədlərin toplanmasına dəstək və kredit analitikləri ilə koordinasiyalı şəkildə kredit təhlilinə nəzarət;
  • Kredit Komitəsi üçün materialların hazırlanması və təqdim edilməsi, komitə iclaslarında kredit şərtlərinin əsaslandırılması və qərarların qəbulunu dəstəkləmək üçün müzakirələrdə aktiv iştirak;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və risklərin erkən aşkarlanması;
  • Müştərilər və Bankın daxili bölmələri arasında effektiv kommunikasiyanın təmin edilməsi;
  • Kredit şərtlərinin, tariflərin və xidmət paketlərinin razılaşdırılması, müqavilələr və bank sənədlərinin hazırlanmasına nəzarət;
  • Kredit şərtlərinə və maliyyə əməliyyatlarına uyğunluğun təmin edilməsi;
  • Portfel üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • CRM və bank sistemlərində məlumatların düzgün və vaxtında yenilənməsi.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, 55 Rashid Behbudov Street
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
31 oktyabr 2026
Son tarix
29 noyabr 2026
HRX ilə müraciət
2
Baxış
247

Şirkət haqqında

Unibank
Banking · 1001-5000 · Bakı
Unibank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Kiçik müştəri meneceri üzrə Bakıda digər açıq elanlar.

700–1 000₼

Satış proseslərini idarə edir, təchizatçılarla danışıqlar aparmaq və MS Office proqramlarını bilmək tələb olunur

Supplier NegotiationPrice analysisReport PreparationData Management+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Korporativ müştəri meneceri
Müraciət et