Vakansiya haqqında

📢 Data SoCool komandası Korporativ Satış Meneceri axtarır!

Data SoCool olaraq şirkətlərə konsultasiya və təlim xidmətləri təqdim edirik. Komandamıza freelance əsasda çalışacaq və korporativ müştərilərin cəlb edilməsi, satışların inkişafı və yeni biznes əlaqələrinin qurulmasına fokuslanacaq Korporativ Satış Meneceri axtarırıq.

🔹 Vəzifə öhdəlikləri:

  • Potensial korporativ müştərilərin araşdırılması və müəyyənləşdirilməsi
  • Yeni şirkətlərlə əlaqələrin qurulması və görüşlərin təşkil edilməsi
  • Data SoCool-un konsultasiya və təlim xidmətlərinin təqdim edilməsi
  • Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun həllərin təklif edilməsi
  • Kommersiya təkliflərinin hazırlanması və satış prosesinin idarə olunması
  • Yeni müştərilərlə uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulması
  • Satış nəticələri və potensial müştərilər üzrə hesabatların hazırlanması

🔹 Namizədə tələblər:

  • B2B satış və ya korporativ müştərilərlə iş təcrübəsi
  • Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı
  • Yeni müştərilərin cəlb edilməsi və aktiv satış bacarığı
  • Müştəri ehtiyaclarını analiz etmək və uyğun həllər təklif etmək bacarığı
  • Nəticəyönümlü və məsuliyyətli yanaşma
  • Azərbaycan dilində səlis danışıq
  • Rus və ingilis dili bilikləri üstünlükdür
  • Təlim, konsultasiya və ya digər korporativ xidmətlərin satışı üzrə təcrübə üstünlükdür

🔹 İş formatı:

Freelance əməkdaşlıq

İş qrafiki sərbəstdir. Əsas gözləntimiz nəticəyönümlü satış fəaliyyəti və yeni korporativ müştərilərin cəlb edilməsidir.

🔹 Gəlir modeli:

Satış nəticələrinə əsaslanan komissiya sistemi.

Uğurlu əməkdaşlıq nəticəsində daha uzunmüddətli və sabit əməkdaşlıq imkanları da nəzərdə tutulur.

Əgər insanlarla ünsiyyət qurmaqda, yeni əlaqələr yaratmaqda və satışda nəticə əldə etməkdə bacarıqlısınızsa, sizi Data SoCool komandasında görməkdən məmnun olarıq. 🚀

#DataSoCool #KorporativSatış #SatışMeneceri #B2BSales #SalesManager #Freelance #Vakansiya

Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
15 avqust 2026
Dillər
Azerbaijani, Russian, English

Şirkət haqqında

Data SoCool
Education Administration Programs · 2-10 · Bakı

Data SoCool data analitikası və digər data sahələrində ixtisaslaşmış peşəkar tədris mərkəzidir. | Data SoCool data sahələrində ixtisaslaşmış peşəkar tədris mərkəzi olaraq bu sahələrdə ölkəmizdə iş dünyası ilə təhsil arasında mövcud olan…

Data SoCool — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Vial Group
Middle · 1+ il
Maaş göstərilməyib

B2B satış üzrə müştərilərlə işləyir, aktiv satış və danışıqlar aparır, təcrübə tələb olunur.

B2B SalesClient Relationship ManagementCold CallingEmail Marketing+11
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Korporativ satış meneceri
Müraciət et