Korporativ müştərilərlə satış aparır və 1-3 il satış təcrübəsi tələb olunur.
Vakansiya haqqında
“TB AK” MMC – ofis, dəftərxana, təsərrüfat və digər məhsulların təchizatı ilə məşğul olan təchizat şirkətidir.
Şirkətimizin əsas müştəri qrupu korporativ şirkətlər, ofislər, müəssisələr və dəftərxana/ofis ləvazimatları satışı ilə məşğul olan mağaza və topdansatış şirkətləridir.
Komandamıza yeni müştərilərin cəlb edilməsi və korporativ satışların inkişaf etdirilməsi üzrə Korporativ Satış Meneceri axtarırıq.
Bu vəzifədə əsas məqsəd hazır müştəri gözləmək deyil, aktiv şəkildə yeni korporativ müştərilər tapmaq və satış bazasını genişləndirməkdir.
Namizəd əsasən:
Şirkətlər → Ofislər → Müəssisələr → Dəftərxana mağazaları → Topdansatış müştəriləri
istiqamətində yeni əlaqələr quracaq və satışları inkişaf etdirəcək.
-
Biz nə təklif edirik:
Əmək müqaviləsi; - Əməkhaqqı + satış nəticələrinə əsaslanan bonus sistemi;
- Satış və müştəri bazasının formalaşdırılması üçün dəstək;
- Məhsul çeşidi və şirkətin fəaliyyəti üzrə təlim;
- Peşəkar inkişaf və karyera imkanları;
- Aktiv və nəticəyönümlü iş mühiti.
Bazar ertəsi – Cümə
09:00 – 18:00
Bakı şəhəri, Nərimanov rayonu
Vəzifə öhdəlikləri
- Yeni korporativ müştərilərin axtarılması və cəlb edilməsi;
- Şirkət, ofis və mağazalarla əlaqələrin qurulması;
- Potensial müştərilərin müəyyən edilməsi və müştəri bazasının genişləndirilməsi;
- Mövcud müştərilərlə davamlı əlaqələrin saxlanılması;
- Məhsullar üzrə kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
- Müştərilərin tələblərinin öyrənilməsi və uyğun məhsulların təklif edilməsi;
- Telefon, WhatsApp, e-mail və digər kanallar vasitəsilə aktiv satış aparılması;
- Görüşlərin təşkili və müştərilərə təqdimatların keçirilməsi;
- Qiymət sorğularının qəbul edilməsi və sifarişlərin satış prosesinin sonuna qədər izlənilməsi;
- Satış nəticələri və yeni müştərilər barədə mütəmadi hesabatların hazırlanması;
- Şirkətin məhsul çeşidi və xidmətləri haqqında müştərilərə ətraflı məlumat verilməsi.
Tələblər
- B2B və ya korporativ satış sahəsində təcrübə arzuolunandır;
- Aktiv satış və müştəri cəlbetmə bacarığı;
- Güclü ünsiyyət və danışıqlar aparmaq qabiliyyəti;
- Yeni müştəri axtarmaq və əlaqə yaratmaq bacarığı;
- Nəticəyönümlü və məsuliyyətli olmaq;
- Komanda ilə işləmək bacarığı;
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti;
- MS Office proqramlarından istifadə bacarığı;
- Satış proqramları və CRM sistemləri ilə işləmək bacarığı üstünlükdür.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Korporativ satış meneceri üzrə bazar adətən 850–1 250 ₼ ödəyir, median — 950 ₼.
39 açıq vakansiya, 19 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Korporativ satış meneceri kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Əmək haqqı 600–2000 arasıdır.
Məktub birbaşa işəgətərin poçtuna gedir, qeydiyyat lazım deyil. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçBu barədə məlumat verilməyib.
Satış nəticələrinə əsaslanan bonus sistemi var.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKorporativ satış meneceri üzrə Bakıda digər açıq elanlar.
Korporativ müştərilərə laboratoriya avadanlıqları və xidmətlərin satışını idarə edir, güclü ünsiyyət bacarığı tələb olunur.
Toplu sms və proqram satışını həyata keçirir, B2B satışda minimum 2 il təcrübəsi var.
Müştərilərlə görüşlər təşkil edir, satışları idarə edir və ən azı 2 il təcrübə tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur



