Korporativ satış üzrə mütəxəssis

Referans Medical Group

Yerləşmə
Azərbaycan
Təcrübə
1–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 000–1 500 ₼
Yerləşdirilib
30 iyun 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
30 iyul 2026

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Yeni korporativ müştərilərin cəlb edilməsi və satış imkanlarının müəyyənləşdirilməsi.

  • Mövcud korporativ müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi.

  • Təyin olunmuş korporativ müştərilər üzrə kurator funksiyasının icra edilməsi, müntəzəm əlaqələrin saxlanılması.

  • Müştəri ehtiyaclarının təhlili və uyğun tibbi xidmətlərin təklif olunması.

  • Müqavilələrin hazırlanması, danışıqların aparılması və icrasına nəzarət.

  • Korporativ satış hədəflərinin yerinə yetirilməsi və gəlirliliyin artırılması istiqamətində fəaliyyət göstərilməsi.

  • Mövcud tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi və yeni tərəfdaşlıqların yaradılması.

  • Müştəri məmnuniyyətinin təmin edilməsi və daxil olan müraciətlərin operativ həllinə dəstək göstərilməsi.

  • Bazarın, rəqiblərin və korporativ müştəri ehtiyaclarının mütəmadi təhlil edilməsi.

  • Görülən işlər və satış nəticələri üzrə müntəzəm hesabatların hazırlanması.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;

  • Əmək haqqı 1000-1500 AZN;

Namizəd üçün tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Marketinq və ya digər uyğun ixtisaslar üzrə);

  • Korporativ satış, müştəri əlaqələri və ya biznesin inkişafı sahəsində ən azı 1–3 il iş təcrübəsi;

  • Azərbaycan dilini səlis,Rus dili səlis,İngilis dilini bilmək üstünlükdür;

  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;

  • Güclü ünsiyyət, təqdimat, danışıqların aparılması və müştəri yönümlülük bacarıqları;

  • Analitik düşünmə, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
1 000–1 500 ₼
Korporativ satış üzrə mütəxəssis
Müraciət et