Korporativ satış və layihələrin idarə edilməsi üzrə menecer

Alpino Doors Gallery

Yerləşmə
Azərbaycan
Təcrübə
Lead / Head
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
3 iyul 2026
Son tarix
3 avqust 2026

Vakansiya haqqında

Alpino Doors Gallery komandasına Korporativ Satış və Layihələrin İdarə Edilməsi üzrə Menecer axtarılır.

Vəzifə öhdəlikləri:

  • Memarlıq, dizayn və tikinti şirkətləri ilə yeni əməkdaşlıqlar qurmaq;
  • Dizaynerlər, memarlar və korporativ müştərilərlə görüşlər keçirmək;
  • Şirkətin məhsullarını (polad arakəsmə, qapı və sürgülü sistemlər) peşəkar şəkildə təqdim etmək;
  • Potensial müştəriləri showroom-a dəvət edərək məhsullarla tanış etmək;
  • Müştəri bazasını genişləndirmək və yeni layihələr cəlb etmək;
  • Layihənin ilk görüş mərhələsindən təhvil verilməsinə qədər müştəri ilə davamlı əlaqədə olmaq və prosesi koordinasiya etmək;
  • Satış və layihələrin icrası ilə bağlı mütəmadi hesabat vermək.

Namizədə tələblər:

  • Satış sahəsində iş təcrübəsi (B2B satış təcrübəsi üstünlükdür);
  • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq;
  • Layihələri planlaşdırmaq və eyni anda bir neçə müştəri ilə işləmək bacarığı.

İş şəraiti:

  • İş yeri: Bakı, Ağ Şəhər
  • İş qrafiki: Bazar ertəsi – Cümə: 10:00 – 18:00 / Şənbə: Qısaldılmış iş günü
  • Əməkhaqqı: Sabit maaş + bonus
  • Karyera inkişafı və peşəkar komandada çalışma imkanı.

Şirkət haqqında

Alpino Doors Gallery
Topdansatış və pərakəndə ticarət, İxtisaslaşmış pərakəndə ticarət

Alpino Doors Gallery polad arakəsmə, qapı və sürgülü sistemlərin satışı və layihələndirilməsi sahəsində fəaliyyət göstərir.

Alpino Doors Gallery — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Korporativ satış və layihələrin idarə edilməsi üzrə menecer
Müraciət et