Merçendayzinq və monitorinq üzrə təcrübə proqramı

Birbank

Vakansiya haqqında

Bu rolda ekosistemin partnyor mağazalarında marketinq və reklam materiallarının düzgün yerləşdirilməsinə, əməkdaşlıq şərtlərinə riayət olunmasına və satış nöqtələrinin monitorinqinə dəstək olacaqsan. Partnyorlarla əməkdaşlığın keyfiyyətinin artırılması, məhsullarımızın satış nöqtələrində düzgün təqdim olunması və müştəri təcrübəsinin yaxşılaşdırılması sənin əsas fəaliyyət istiqamətlərin olacaq.

Vəzifə öhdəlikləri

  • Ali təhsil;
  • Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı;
  • Effektiv kommunikasiya və komandaya sürətli uyğunlaşma;
  • Problem həlletmə bacarığı və nəticəyönümlülük;
  • Şöbələrarası əməkdaşlıq qabiliyyəti;
  • Sahiblənmə və məsuliyyət hissi;
  • Müştəriyönümlü yanaşma;
  • Rus və ingilis dillərini bilmək üstünlükdür.

Tələblər

  • Partnyor mağazaları marketinq və reklam materialları ilə təmin etmək;
  • Satış nöqtələrində reklam materiallarının mövcudluğuna və düzgün yerləşdirilməsinə nəzarət etmək;
  • Reklam materiallarının yerləşdirilməsi ilə bağlı yaranan nöqsanları müəyyən etmək və aradan qaldırmaq;
  • Satış komandasından daxil olan sifarişlər əsasında partnyor mağazalara reklam materiallarını çatdırmaq;
  • Anbarda reklam materiallarının qalığını izləmək və ehtiyac yarandıqda yeni sifarişlər vermək;
  • Partnyor mağaza əməkdaşlarının əməkdaşlıq şərtlərinə riayət etməsini yoxlamaq, onları məhsullar və əməkdaşlıq qaydaları barədə məlumatlandırmaq;
  • Partnyorların sosial şəbəkə hesabları və veb-saytlarında əməkdaşlıq şərtlərinə uyğunluğu yoxlamaq;
  • Partnyor mağazalarında gizli müştəri yoxlamaları aparmaq və xidmət keyfiyyətini qiymətləndirmək;
  • Marketinq, dizayn və B2B komandaları ilə layihələrin koordinasiyasında iştirak etmək;
  • Aparılan monitorinqlər və görülən işlər üzrə hesabatlar hazırlamaq və birbaşa rəhbərə təqdim etmək.

Üstünlüklər

  • Real layihə və tapşırıqlarda iştirak edərək praktik təcrübə qazanmaq;
  • Peşəkar mütəxəssislərdən öyrənmək və biliklərini təcrübədə tətbiq etmək;
  • Komanda işi, ünsiyyət və problem həlli bacarıqlarını inkişaf etdirmək;
  • Korporativ iş mühitini yaxından tanımaq və karyera maraqlarını müəyyənləşdirmək;
  • Gələcək karyera imkanları üçün Bir ekosisteminin istedad hovuzuna daxil olmaq.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, PBT2 (Port Baku Tower 2)
Təcrübə
Junior
Məşğulluq
Təcrübə proqramı
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
26 oktyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
12 noyabr 2026
HRX ilə müraciət
7
Baxış
441

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Merçendayzer üzrə bazar adətən 500–850 ₼ ödəyir, median — 650 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

8 açıq vakansiya, 11 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Merçendayzer kimi öz maaşını yoxla

Şirkət haqqında

Birbank
Banking · 5,001-10,000 · Bakı
Birbank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri PBT2 (Port Baku Tower 2) binasında yerləşir.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Merçendayzer üzrə Bakıda digər açıq elanlar.

Koroğlu MMC
Junior · 1 ilBakı
400₼

Məhsulların düzgün düzülüşünü təmin edir və gündəlik rut üzrə hərəkət edir, 1 il təcrübə tələb olunur.

Product PlacementInventory controlStock Rotation
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Merçendayzinq və monitorinq üzrə təcrübə proqramı
Müraciət et