Marketinq materiallarının yerləşdirilməsi və satış nöqtələrinin monitorinqini həyata keçirir, effektiv kommunikasiya bacarığı tələb olunur.
Vakansiya haqqında
Bu rolda ekosistemin partnyor mağazalarında marketinq və reklam materiallarının düzgün yerləşdirilməsinə, əməkdaşlıq şərtlərinə riayət olunmasına və satış nöqtələrinin monitorinqinə dəstək olacaqsan. Partnyorlarla əməkdaşlığın keyfiyyətinin artırılması, məhsullarımızın satış nöqtələrində düzgün təqdim olunması və müştəri təcrübəsinin yaxşılaşdırılması sənin əsas fəaliyyət istiqamətlərin olacaq.
- Partnyor mağazaları marketinq və reklam materialları ilə təmin etmək;
- Satış nöqtələrində reklam materiallarının mövcudluğuna və düzgün yerləşdirilməsinə nəzarət etmək;
- Reklam materiallarının yerləşdirilməsi ilə bağlı yaranan nöqsanları müəyyən etmək və aradan qaldırmaq;
- Satış komandasından daxil olan sifarişlər əsasında partnyor mağazalara reklam materiallarını çatdırmaq;
- Anbarda reklam materiallarının qalığını izləmək və ehtiyac yarandıqda yeni sifarişlər vermək;
- Partnyor mağaza əməkdaşlarının əməkdaşlıq şərtlərinə riayət etməsini yoxlamaq, onları məhsullar və əməkdaşlıq qaydaları barədə məlumatlandırmaq;
- Partnyorların sosial şəbəkə hesabları və veb-saytlarında əməkdaşlıq şərtlərinə uyğunluğu yoxlamaq;
- Partnyor mağazalarında gizli müştəri yoxlamaları aparmaq və xidmət keyfiyyətini qiymətləndirmək;
- Marketinq, dizayn və B2B komandaları ilə layihələrin koordinasiyasında iştirak etmək;
- Aparılan monitorinqlər və görülən işlər üzrə hesabatlar hazırlamaq və birbaşa rəhbərə təqdim etmək.
- Real layihə və tapşırıqlarda iştirak edərək praktik təcrübə qazanmaq;
- Peşəkar mütəxəssislərdən öyrənmək və biliklərini təcrübədə tətbiq etmək;
- Komanda işi, ünsiyyət və problem həlli bacarıqlarını inkişaf etdirmək;
- Korporativ iş mühitini yaxından tanımaq və karyera maraqlarını müəyyənləşdirmək;
- Gələcək karyera imkanları üçün Bir ekosisteminin istedad hovuzuna daxil olmaq.
- Ali təhsil;
- Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı;
- Effektiv kommunikasiya və komandaya sürətli uyğunlaşma;
- Problem həlletmə bacarığı və nəticəyönümlülük;
- Şöbələrarası əməkdaşlıq qabiliyyəti;
- Sahiblənmə və məsuliyyət hissi;
- Müştəriyönümlü yanaşma;
- Rus və ingilis dillərini bilmək üstünlükdür.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Merçendayzer üzrə bazar adətən 500–850 ₼ ödəyir, median — 650 ₼.
8 açıq vakansiya, 11 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Merçendayzer kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Namizədə ali təhsil tələb olunur.
Effektiv kommunikasiya, problem həlletmə və komanda işi bacarıqları tələb olunur.
Azərbaycan dilində sərbəst ünsiyyət, rus və ingilis dilləri üstünlükdür.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMerçendayzer üzrə Bakıda digər açıq elanlar.
Məhsulların düzgün düzülüşünü təmin edir və gündəlik rut üzrə hərəkət edir, 1 il təcrübə tələb olunur.
Malların vitrin və satış yerlərində düzgün yerləşdirilməsini təmin edir.
Ticarət nöqtələrində məhsulların yerləşdirilməsini və stok idarəsini həyata keçirir, ən azı 1 il təcrübə tələb olunur.




