Vakansiya haqqında

  • Kampaniyaların və xüsusi təkliflərin A-dan Z-yə qədər hazırlanması prosesində iştirak etmək, kampaniya brifinin hazırlanmasından rəy toplanmasına qədər bütün mərhələlərin icrasını təmin etmək;
  • Təkliflərin hazırlanması zamanı bazar araşdırmalarında, beynəlxalq kampaniyaların və oxşar təkliflərin təhlilində iştirak etmək, hədəf müştəri seqmentlərinin ehtiyaclarına uyğun təkliflərin formalaşdırılmasına dəstək vermək;
  • Məlumatların idarəedilməsi komandası ilə əməkdaşlıq edərək kampaniyalar üçün hədəf seqmentlərin müəyyənləşdirilməsində iştirak etmək və kampaniya elementlərinin uyğunluğunu təmin etmək;
  • Rəqəmsal inkişaf və dizayn komandaları ilə birgə çalışaraq vizualların, mətnlərin və açılış səhifələrinin hazırlanmasında iştirak etmək, yaradıcı proses üzrə tapşırıqları icra etmək və kampaniya mesajlarının düzgün çatdırılmasını təmin etmək;
  • Müəyyən edilmiş hədəf auditoriyası üçün müştəri kommunikasiya ssenarilərinin planlaşdırılmasında iştirak etmək, kommunikasiya təqviminin hazırlanmasına və kampaniyaların müxtəlif kommunikasiya kanalları üzrə icrasına dəstək göstərmək;
  • Kommunikasiya proseslərinin düzgün icrası üçün iş axınlarını və asılılıqları anlamaq məqsədilə detallı proses xəritələrinin hazırlanmasını həyata keçirmək;
  • Gündəlik olaraq hədəf ssenarilərini izləmək və analiz etmək, mövcud proseslərdə optimallaşdırma imkanlarını müəyyənləşdirmək və təkmilləşdirmə üzrə təkliflər vermək;
  • Müştəri səyahətləri çərçivəsində yaranan texniki və ya məntiqi uyğunsuzluqları vaxtında aşkar etmək, prosesin düzgün işləməsi üçün müvafiq komandalarla koordinasiyada iştirak etmək.
  • Müəyyən edilmiş qaydalar əsasında kampaniya tetikleyicilərini və əsas hadisələri izləmək;
  • Mesajlar, vizuallar və təkliflər üzrə A/B testlərinin keçirilməsində iştirak etmək, nəticələri təhlil edərək əldə olunan nəticələri komanda ilə bölüşmək.
Yerləşmə
Bakı
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
24 avqust 2026
Son tarix
28 avqust 2026

Şirkət haqqında

"Azərbaycan Hava Yolları" QSC
Airlines and Aviation · Baku

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ölkənin mülki aviasiyası üzrə aparıcı qurumudur. Cəmiyyətin fəaliyyət istiqamətlərinə strateji planlaşdırma, beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına riayət olunmasına nəzarət…

"Azərbaycan Hava Yolları" QSC — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Müştəri əlaqələrinin idarəedilməsi üzrə mütəxəssis
Müraciət et