SME məhsulları üzrə satış strategiyasını inkişaf etdirir və biznes imkanlarını idarə edir.
Vakansiya haqqında
Partnership Manager
24/7 komandamıza Partnership Manager axtarırıq.
Bu vəzifədə əsas fokusumuz 24/7 tətbiqi üçün yeni tərəfdaşlıqlar qurmaq və platformaya bizneslər, brendlər və müxtəlif şirkətləri cəlb etməkdir. Bununla yanaşı, 24/7-nin media və podcast layihələri üçün reklam və sponsorluq əməkdaşlıqlarının yaradılması da vəzifənin əsas istiqamətlərindən biri olacaq.
Vəzifə öhdəlikləri
- 24/7 tətbiqi üçün yeni biznes və şirkət tərəfdaşlarının cəlb edilməsi
- Potensial tərəfdaşların araşdırılması və yeni əlaqələrin qurulması
- Şirkət və brendlərlə görüşlərin və danışıqların aparılması
- Tərəfdaşlıq modellərinin və kommersiya təkliflərinin hazırlanması
- Əməkdaşlıqların razılaşdırılması və müqavilə mərhələsinə qədər idarə olunması
- 24/7 üçün yeni biznes və gəlir imkanlarının yaradılması
- Reklam və sponsorluq əməkdaşlıqlarının cəlb edilməsi
- Podcast və digər media layihələri üçün kommersiya tərəfdaşlarının tapılması
- Mövcud tərəfdaşlarla münasibətlərin inkişaf etdirilməsi
- Aylıq hədəflər üzrə işləmək və nəticələri izləmək
Namizədə tələblər
- Partnership, Business Development, Sales, Account Management və ya əlaqəli sahədə təcrübə
- Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı
- Yeni müştəri və tərəfdaşlar cəlb etmək bacarığı
- Satış və kommersiya düşüncəsi
- Təşəbbüskarlıq və nəticəyönümlülük
- Müstəqil işləmək və yeni imkanlar yaratmaq bacarığı
Əsas gözləntimiz
24/7 tətbiqinə real tərəfdaşlar gətirmək, yeni əməkdaşlıqlar yaratmaq və bu əməkdaşlıqları gəlir gətirən nəticələrə çevirmək.
Əməkhaqqı namizədin təcrübəsi və bacarıqları nəzərə alınmaqla müsahibə zamanı müzakirə olunacaq.
Əgər nəticəyönümlü və yeni biznes imkanları yaratmağı bacaran birisənsə, CV-ni bizimlə paylaş
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Beynəlxalq bazarlarda satış və biznes inkişafını idarə etmək üçün güclü ünsiyyət bacarıqları tələb olunur.
Biznesin inkişafı və konsaltinq həlləri üzrə müştəri ehtiyaclarını kommersiya həllərinə çevirir.
Biznesin inkişafı və konsaltinq həlləri üzrə müştəri ehtiyaclarını kommersiya həllərinə çevirir



