Vakansiya haqqında

Siz sadəcə satış etmək deyil, biznes üçün həll yaratmaq istəyirsiniz?

  • Biz müştəriyə hazır məhsul satan deyil, müştərinin problemini anlayan, həmin problemi xidmətə və kommersiya həllinə çevirən və bu həlli bazara çıxaran peşəkar axtarırıq.
  • Əgər siz B2B satış, biznesin inkişafı, konsaltinq və ya korporativ xidmətlər sahəsində təcrübəlisinizsə və “Müştəriyə nə sata bilərəm?” sualından daha çox “Müştərinin problemini necə həll edə bilərik?” düşünürsünüzsə, bu vəzifə sizin üçün maraqlı ola bilər.

Sizin əsas missiyanız

  • Şirkətin HR, hüquq, mühasibat, outsourcing və digər konsaltinq xidmətlərini bazarda kommersiya baxımından inkişaf etdirmək, yeni müştərilər qazanmaq və müştəri ehtiyaclarını satıla bilən xidmət həllərinə çevirmək.

Əsas vəzifələriniz

  • Yeni korporativ müştərilərin müəyyən edilməsi və biznes əlaqələrinin qurulması;
  • Potensial müştərilərlə görüşlər keçirmək, biznes ehtiyaclarını və problemlərini müəyyən etmək;
  • Müştəri ehtiyaclarını uyğun konsaltinq və outsourcing həllərinə çevirmək;
  • Yeni xidmət paketlərinin və kommersiya təkliflərinin formalaşdırılmasında iştirak etmək;
  • HR, hüquq, mühasibat və digər ekspertlərlə birlikdə kompleks müştəri həlləri hazırlamaq;
  • Mövcud xidmət paketlərinin bazar tələblərinə uyğun inkişaf etdirilməsi üzrə təkliflər vermək;
  • Kommersiya təqdimatları və təkliflərinin hazırlanmasını və müştəriyə təqdim edilməsini koordinasiya etmək;
  • Qiymət, xidmət həcmi, deliverable və əməkdaşlıq modelinin formalaşdırılmasında iştirak etmək;
  • Satış prosesini ilk əlaqədən müqavilənin bağlanmasına qədər idarə etmək;
  • Mövcud müştərilərdə əlavə xidmətlərin satışını və cross-sell imkanlarını inkişaf etdirmək;
  • Bazar, rəqiblər və müştəri ehtiyaclarını təhlil edərək yeni biznes imkanları müəyyən etmək;
  • Satış pipeline-ını və kommersiya nəticələrini mütəmadi təhlil etmək.

Biz kimisə axtarırıq?

Sizə “klassik satış meneceri” kimi yanaşmırıq.

Biz biznes düşüncəsi olan, müştərinin problemini dinləyib onun arxasındakı real ehtiyacı görə bilən və həmin ehtiyacı kommersiya həllinə çevirə bilən mütəxəssis axtarırıq.

Namizədə əsas tələblər

  • B2B satış, Business Development, Account Management, Consulting və ya korporativ xidmətlər sahəsində təcrübə;
  • Korporativ müştərilərlə danışıqlar aparmaq və təqdimat keçirmək bacarığı;
  • Müştərinin biznes ehtiyaclarını analiz etmək və həll formalaşdırmaq bacarığı;
  • Kommersiya təkliflərinin hazırlanması üzrə təcrübə;
  • Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı;
  • Analitik və biznesyönümlü düşüncə;
  • Nəticəyönümlülük və satış hədəflərinə fokus;
  • Azərbaycan və ingilis dillərində yaxşı kommunikasiya bacarığı;
  • MS Office, xüsusilə PowerPoint və Excel ilə işləmə bacarığı.

HR, hüquq, mühasibat, maliyyə, audit, outsourcing, bankçılıq, sığorta və ya digər peşəkar xidmətlər sahəsində təcrübə əlavə üstünlükdür.

Bu vəzifədə sizi nə gözləyir?

Burada sizə sadəcə hazır xidmət siyahısı və satış planı verilməyəcək.

Siz:

Bazar → Müştəri ehtiyacı → Həll → Xidmət paketi → Kommersiya təklifi → Satış

zəncirinin formalaşmasında iştirak edəcəksiniz.

Sizin ideyanız yeni xidmət paketinə, yeni müştəriyə və yeni biznes istiqamətinə çevrilə bilər.

Əgər siz...

  • satışdan daha çox biznes inkişafı ilə maraqlanırsınızsa;
  • müştərinin problemini analiz etməkdən zövq alırsınızsa;
  • müxtəlif ekspertləri bir araya gətirib həll yaratmağı bacarırsınızsa;
  • “hazır məhsulu satmaq” əvəzinə həll satmaq istəyirsinizsə;
  • nəticənizin şirkətin gəlirinə birbaşa təsir etməsini istəyirsinizsə —

Sizi komandamızda görmək istəyirik.

  • Vəzifə: Business Development & Solutions Manager
  • İş formatı: Tam iş günü

Əmək haqqı: Təcrübə və kompetensiyalara uyğun olaraq müəyyən edilir + nəticəyə əsaslanan bonus sistemi

CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və növbəti biznes həllinin yaradılmasında sizin də imzanız olsun.

Yerləşmə
Azərbaycan
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
19 avqust 2026
Dillər
Azerbaijani, English
Son tarix
19 sentyabr 2026

Şirkət haqqında

Business Service Centre LTD
Business Consulting and Services · 80+ · Baku
Business Service Centre LTD — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

AEM Elektron
Middle · 2+ il
Maaş göstərilməyib

Müştəri münasibətlərini idarə edir və B2B satışda ən azı 2 il təcrübə tələb olunur.

B2B SalesCustomer Relationship ManagementNegotiationSales funnel management+8
Müraciət etAsan müraciətAsan müraciət
UniDream
Senior · 5+ ilBakı
1 200–1 600

Direktorun işlərini koordinasiya edir, marketing və biznes inkişafında təcrübə tələb olunur

Business DevelopmentPublic RelationsNegotiationBusiness Correspondence+9
Müraciət etAsan müraciətAsan müraciət
Bir
Middle · 2+ ilBakı
Maaş göstərilməyib

Sellerlərin inkişafını və satışların artırılmasını təmin etmək üçün biznes inkişafı və satış təcrübəsi tələb olunur.

Business DevelopmentAccount ManagementNegotiationKPI Management+12
Müraciət et
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Biznesin inkişafı və həllər üzrə menecer
Müraciət et