Daxil olan müştəri sorğularını qeydiyyata alır və satış prosesini koordinasiya edir.
Vakansiya haqqında
DEVİN Film & Media Akademiyası komandamıza qoşulacaq, satış qabiliyyətinə güvənən və dinamik iş mühitində yüksək gəlir hədəfləyən xanım namizədlər axtarır!
Siz nələr edəcəksiniz?
Akademiyamıza daxil olan müraciətlərin peşəkar səviyyədə idarə olunması;
Namizədlərə zəng edərək akademiya və kasting prosesi haqqında dolğun məlumat verilməsi və onların qeydiyyatdan keçirilməsi;
Kasting görüşlərinin təqvimi və koordinasiyasının aparılması;
Müraciət edən şəxslərə akademik təhsil paketlərimizin təqdimatı və satışı.
Kimləri axtarırıq?
Mükəmməl Azərbaycan dili və axıcı, təsirli nitq qabiliyyətinə sahib;
Çağrı mərkəzi və üz-üzə satış sahəsində ən az 1 il iş təcrübəsi olan (Məcburi şərtdir);
İnsanları inandırmaq, ehtiyaclarını anlamaq və satışla nəticələndirmək bacarığına malik;
Gündəlik və aylıq hədəflərlə (kotalarla) işləməyə öyrəşmiş, nəticəyönümlü;
Film və media sahəsinə marağı olan, məsuliyyətli xanımlar.
30 yaşadək qadın namizədlər
Biz nə təklif edirik? (Gəlir Sistemi və Şərtlər)
Sınaq müddəti: 5 günlük test müddəti;
İş qrafiki: Həftədə 6 gün;
Sabit Əmək Haqqı: 600 AZN;
Kasting Qeydiyyatı Bonusu: Gündəlik minimum 10 nəfərlik kasting qeydiyyatı hədəfini yerinə yetirənlərə günlük əlavə 20 AZN (Aylıq 600 AZN-ə qədər əlavə qazanc);
Satış Bonusu (10% komissiya): Həyata keçirilən hər uğurlu akademik təhsil satışı üçün əlavə 20 AZN (Satışda limit yoxdur, aylıq ortalama 10 satışla əlavə 200 AZN qazanc imkanı);
Ümumi Gəlir Potensialı: Sabit maaş və bonuslarla birlikdə aylıq 1400 AZN və daha çox qazanmaq imkanı;
Yaradıcı və inkişafa açıq bir komandada işləmək fürsəti.
Müraciət qaydası:
(Başqa vasitələrlə edilən müraciətlər nəzərə alınmayacaqdır)
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Satış koordinatoru üzrə bazar adətən 600–800 ₼ ödəyir, median — 600 ₼.
27 açıq vakansiya, 17 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış koordinatoru kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş saatları və günləri barədə məlumat verilməyib.
Əmək haqqı 600 ₼ təşkil edir.
Namizədlər 30 yaşadək qadın olmalıdır.
Çağrı mərkəzi və üz-üzə satış sahəsində ən az 1 il iş təcrübəsi tələb olunur.
Sənədlər barədə məlumat verilməyib.
Mükəmməl Azərbaycan dili, təsirli nitq və satış bacarığı tələb olunur.
Namizəd müraciəti e-mail vasitəsilə edilir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış koordinatoru üzrə digər açıq elanlar.
Satış sənədləşməsi və müştəri əlaqələrini idarə etmək üçün MS Excel bacarığı tələb olunur.
Yeni korporativ müştərilərin axtarılması və satış prosesinin koordinasiyası üzrə iş görür.
Müştəriləri qarşılayır, məhsullar barədə məlumat verir və rəhbərin tapşırıqlarını icra edir.



