Müştərilərlə ünsiyyəti koordinasiya etmək və təlim proqramlarını təqdim etmək.
Vakansiya haqqında
📢 Vakansiya | Admissions & Sales Coordinator
Care Academy komandamızı genişləndiririk.
Komandamıza reklam və digər kanallardan daxil olan potensial tələbələrlə ilkin əlaqəni quracaq, onları düzgün istiqamətləndirəcək və müraciət prosesini follow-up ilə sistemli şəkildə idarə edəcək Admissions & Sales Coordinator axtarırıq.
Əsas vəzifələr
- Reklam, sosial media və digər kanallardan daxil olan lead-ləri qəbul etmək və operativ əlaqə saxlamaq
- Telefon və WhatsApp vasitəsilə potensial tələbələrə ilkin məlumat vermək
- Tələbənin ehtiyacını və maraq dairəsini müəyyənləşdirmək
- Uyğun mütəxəssislə konsultasiya təyin etmək
- Konsultasiyadan əvvəl və sonra sistemli follow-up aparmaq
- Potensial müştərilərlə əlaqəni davam etdirmək və lead-lərin itirilməsinin qarşısını almaq
- CRM sistemində lead-lərin statusunu və kommunikasiya tarixçəsini düzgün idarə etmək
- Admissions və satış komandası ilə koordinasiyalı işləmək
- Lead-lərin konsultasiyaya və nəticə etibarilə müraciətə çevrilməsinə töhfə vermək
- Müştəri təcrübəsinin yüksək səviyyədə saxlanılmasında iştirak etmək
Namizədə gözləntilərimiz
- Güclü kommunikasiya və insanlarla ünsiyyət bacarığı
- Telefonda peşəkar və inamlı danışıq qabiliyyəti
- Follow-up prosesini sistemli şəkildə aparmaq bacarığı
- Məsuliyyətli, çevik və təşkilatçı olmaq
- Eyni anda bir neçə potensial müştəri ilə işləyə bilmək
- Nəticəyönümlü və proaktiv yanaşma
- Satış, müştəri xidməti, admissions və ya təhsil sahəsində təcrübə üstünlükdür
- CRM sistemləri ilə işləmə təcrübəsi üstünlükdür
- İngilis və/və ya rus dili biliyi üstünlükdür
İnkişaf imkanı
Bu vəzifənin ilkin əsas fokusları lead management, appointment setting və follow-up olacaq.
Namizəd şirkətin xidmətləri və qəbul prosesləri üzrə kifayət qədər təcrübə qazandıqdan və yaxşı nəticələr göstərdikdən sonra ilkin tələbə konsultasiyalarını özü aparmaq və daha geniş Admissions & Sales roluna keçmək imkanı əldə edə bilər.
Biz nə axtarırıq?
Bizim üçün ən vacib olan yalnız əvvəlki iş təcrübəsi deyil.
İnsanlarla düzgün ünsiyyət qura bilən, nəticəyə fokuslanan, müştərini itirməyən və işi sonadək izləyən bir komanda üzvü axtarırıq.
💼 Vəzifə: Admissions & Sales Coordinator
📍 Lokasiya: Bakı
📩 Müraciət: CV-nizi LinkedIn üzərindən DM vasitəsilə göndərə bilərsiniz.
Şirkət haqqında
Study Abroad | Consulting | Xaricdə Təhsil | 🌎Dünyanın hər bir nöqtəsində sizinləyik
Care Academic Center — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Müştəri müraciətlərini cavablandıraraq satış hədəflərini yerinə yetirmək üçün satış təcrübəsi tələb olunur.




