Şirkət məhsullarının satışını təşkil edir və satış sahəsində minimum 5 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Elektrikli Avtomobillər üçün Şarj Stansiyaları Şəbəkəsinin İnkişafı üzrə Menecer
Elektrikli avtomobillər üçün şarj stansiyaları şəbəkəsinin aktiv genişlənməsi ilə əlaqədar komandamıza enerjili, ünsiyyətcil və nəticəyönümlü əməkdaş axtarırıq.
1. Full-time iş formatı
Bu formatda siz bizimlə tam iş qrafiki əsasında çalışırsınız. Gündəlik fəaliyyətiniz və görülən işlər barədə hesabat təqdim edirsiniz.
Ödəniş:
- 400 AZN aylıq sabit maaş
- Quraşdırılan hər bir şarj stansiyasına görə 200 AZN bonus
2. Sərbəst qrafik / nəticəyə əsaslanan əməkdaşlıq
Bu formatda sizin iş qrafikiniz sərbəstdir. Sizi heç kim gündəlik olaraq nəzarətdə saxlamır və müəyyən iş saatı tələb olunmur. Əsas tələb uyğun və perspektivli məkanları tapmaq və nəticə əldə etməkdir.
Bu halda:
- Sabit maaş yoxdur
- Quraşdırılan hər bir şarj stansiyasına görə 300 AZN ödəniş edilir
Axtardığımız uyğun məkanlara yaşayış kompleksləri, ticarət və biznes mərkəzləri, hotellər, restoran və kafelər, klinikalar, supermarketlər, fitnes mərkəzləri və geniş parkinq sahəsi olan digər kommersiya obyektləri daxildir.
- Sürətlə inkişaf edən elektromobillik sektorunda perspektivli iş.
- Karyera və peşəkar inkişaf imkanları.
Vəzifə öhdəlikləri
- Şəhər daxilində şarj stansiyalarının quraşdırılması üçün perspektivli məkanların axtarışı.
- Kommersiya obyektləri, ticarət mərkəzləri, biznes mərkəzləri, yaşayış kompleksləri, klinikalar, hotellər, restoranlar, supermarketlər və digər obyekt sahibləri ilə danışıqların aparılması.
- Tərəfdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi.
- Seçilmiş məkanların nəqliyyat axını və potensial tələbat baxımından təhlili.
- Kommersiya təkliflərinin təqdim olunması və danışıqların razılaşma əldə edilənədək müşayiət edilməsi.
- Obyektlərə baxış keçirilməsi və avadanlığın yerləşdirilməsi imkanlarının qiymətləndirilməsi.
Tələblər
- Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı.
- Satış, biznesin inkişafı və ya müştərilərlə iş sahəsində təcrübə arzuolunandır.
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
- İşini müstəqil planlaşdırmaq və təşkil etmək bacarığı.
- Şəxsi avtomobilin olması üstünlük hesab olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Satış meneceri üzrə bazar adətən 650–1 250 ₼ ödəyir, median — 900 ₼.
122 açıq vakansiya, 107 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış meneceri kimi öz maaşını yoxlaMüraciətin
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış meneceri üzrə Bakıda digər açıq elanlar.
Təhsil xidmətlərinin satışını həyata keçirir və müştərilərlə effektiv əlaqə qurur, güclü ünsiyyət bacarığı tələb olunur.
Xarici bazarlarda satışları idarə edir və yeni müştərilər cəlb edir, beynəlxalq satış bilikləri tələb olunur.
Müştəri portfelini inkişaf etdirir, B2B satış və danışıqlar bacarığı tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur



