Müştərilərlə ünsiyyət qurur və satış prosesini şirkət standartlarına uyğun idarə edir.
Vakansiya haqqında
Mebel satışı sahəsində fəaliyyət göstərən komandamıza məsuliyyətli, ünsiyyətcil, operativ və müştərilərlə işləməyi bacaran əməkdaş axtarırıq.
İş əsasən onlayn formada həyata keçirilir. Əsas məqsəd müştərilərin suallarını vaxtında cavablandırmaq, mebel məhsulları barədə düzgün məlumat vermək və müraciətləri sifarişə çevirməkdir.
İş formatı: Məsafədən, onlayn
- İş qrafiki: 12:00–21:00
- Əməkhaqqı: 300 AZN sabit maaş + satış nəticələrinə uyğun əlavə bonus
- İş sahəsi: Mebel satışı və müştəri xidmətləri
Mebel satışı sahəsində əvvəlki iş təcrübəsinin olması üstünlükdür. Bununla yanaşı, bu sahəyə marağı olan, mebel haqqında ilkin biliyə sahib və yeni məlumatları öyrənməyə hazır namizədlərin müraciətləri də dəyərləndiriləcək.
-
Biz nə təklif edirik?
Məsafədən işləmək imkanı; - Sabit əməkhaqqı və satış nəticələrinə uyğun əlavə bonus;
- Satış bacarıqlarını inkişaf etdirmək və təcrübə qazanmaq imkanı;
- Qarşılıqlı anlaşma və məsuliyyətə əsaslanan uzunmüddətli əməkdaşlıq.
CV-də təhsil, iş təcrübəsi, bacarıqlar və əlaqə nömrəsinin qeyd olunması xahiş olunur. Mebel sahəsində təcrübəsi olan namizədlər bu barədə qısa məlumat əlavə edə bilərlər.
Vəzifə öhdəlikləri
- WhatsApp, Instagram və digər sosial şəbəkələrdən daxil olan müştəri müraciətlərini vaxtında və operativ cavablandırmaq;
- Müştərilərə mebel modelləri, materialları, ölçüləri, qiymətləri, sifariş, çatdırılma və quraşdırılma şərtləri barədə düzgün məlumat vermək;
- Müştərilərin istək və ehtiyaclarını müəyyənləşdirərək uyğun mebel modelləri təklif etmək;
- Müştərilərlə nəzakətli və peşəkar yazışmalar aparmaq, suallarını aydın və obyektiv cavablandırmaq;
- Qiymət təklifləri hazırlamaq və sifarişlə maraqlanan müştərilərlə əlaqəni davam etdirmək;
- Daxil olan sifarişləri qeydiyyata almaq və sifariş prosesini izləmək;
- Gündəlik müraciətlər və satış nəticələri barədə məlumat vermək.
Tələblər
- Mebel növləri, materialları, ölçüləri və qiymətləri barədə ilkin anlayışın olması;
- Müştərilərlə düzgün ünsiyyət qurmaq və onların ehtiyaclarına uyğun məhsul təklif etmək bacarığı;
- Azərbaycan dilində səlis, aydın və savadlı yazışmaq bacarığı;
- WhatsApp, Instagram və digər sosial şəbəkələrdən sərbəst istifadə etmək;
- Operativ, diqqətli, məsuliyyətli və öyrənməyə həvəsli olmaq;
- Eyni vaxtda bir neçə müştəri müraciətini idarə etmək bacarığı.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Satış meneceri üzrə bazar adətən 650–1 250 ₼ ödəyir, median — 900 ₼.
136 açıq vakansiya, 113 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış meneceri kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş əsasən məsafədən, onlayn formada həyata keçirilir, Bakı şəhəri qeyd olunub.
İş qrafiki 12:00–21:00 saatları arasındadır.
Əməkhaqqı 300 AZN sabit maaş və satış nəticələrinə uyğun əlavə bonusdan ibarətdir.
CV-də təhsil, iş təcrübəsi, bacarıqlar və əlaqə nömrəsi qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMebel növləri, materialları, ölçüləri və qiymətləri barədə ilkin anlayış, müştərilərlə düzgün ünsiyyət və sosial şəbəkələrdən sərbəst istifadə bacarığı vacibdir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış meneceri üzrə Bakıda digər açıq elanlar.
Müştərilərlə əlaqə qurur, satışları idarə edir və 2 il təcrübə tələb olunur.
Müştəri müraciətlərini cavablandırır, məhsullar barədə məlumat verir və satış həyata keçirir.
Müştərilərlə işləyir, məhsulları təqdim edir və satış həyata keçirir, satış bacarığı tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur


