Plitonit Məhsulları üzrə Satış Meneceri (Aktiv Satış / Sahə üzrə)

İnversal MMC

Yerləşmə
Azərbaycan
Təcrübə
Lead / Head
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
22 iyul 2026
Dillər
Russian
Son tarix
22 avqust 2026

Bacarıqlar və texnologiyalar

Vakansiya haqqında

"İnversal" MMC tikinti materiallarının satışı və podrat layihələri sahəsində fəaliyyət göstərən peşəkar komandamıza qoşulacaq, sahədə aktiv işləməyi bacaran, Plitonit brendinin məhsulları üzrə nəticəyönümlü Satış Meneceri axtarır.

Vəzifə Öhdəlikləri:

  • PLITONIT məhsul kateqoriyalarının (quru tikinti qarışıqları, plitə yapışdırıcıları, su izolyasiyası, dərz dolğuları və s.) aktiv satışının həyata keçirilməsi;
  • Sahə üzrə (Marşrut/Aktiv rout əsasında): Tikinti obyektlərini, layihələri, podratçı şirkətləri, usta briqadalarını, pərakəndə mağazaları və satış nöqtələrini mütəmadi ziyaret edərək yeni müştərilərin cəlb olunması;
  • Mövcud müştəri bazası ilə əlaqələrin möhkəmləndirilməsi və satış dövriyyəsinin artırılması;
  • Müştərilərin texniki ehtiyaclarına uyğun doğru kateqoriyadakı məhsulun təklif edilməsi;
  • Kommersiya təkliflərinin hazırlanması, danışıqların aparılması və müqavilələrin bağlanması;
  • Satış planının və müəyyən olunmuş göstəricilərin yerinə yetirilməsi;
  • Satışdan sonrakı debitor borclarına və ödəniş qrafiklərinə nəzarət edilməsi;
  • Görülmüş işlər və satış nəticələri üzrə rəhbərliyə mütəmadi hesabatların təqdim olunması.

Namizədə Dair Tələblər:

  • Tikinti materiallarının aktiv satışı və sahə işi (Rout/Aktiv marşrut) üzrə praktiki təcrübə;
  • Dil Bilikləri: Rus dilİ səlis ünsiyyət bacarığı (Mütləqdir təlimlərə görə);
  • Müştəri Portfeli: Tikinti layihələri, podratçılar, usta briqadaları və ya mağazalar üzrə hazır/aktiv müştəri portfelinin olması böyük üstünlükdür;
  • Ali təhsil tələb olunmur — bizim üçün əsas göstərici namizədin satış bacarığı, sahədə aktivliyi, ünsiyyət yetənəyi və nəticə verməsidir;
  • Səliqəli xarici görünüş, məsuliyyət, punktuallıq və dürüstlük;
  • Şəxsi avtomobilin olması və aktiv sürücülük təcrübəsi üstünlükdür.

Spesifik kateqoriya təcrübəsi (Üstünlükdür): Aşağıdakı məhsul kateqoriyaları üzrə satışı ilə daha öncə məşğul olmuş namizədlərə mütləq üstünlük veriləcəkdir:

  • Kafel, metlax və keramoqranit yapışdırıcıları;
  • Su izolyasiya (hidroizolyasiya) materialları və sistemləri;
  • Dərz dolğuları (fuka/zatirka) və astarlar (qruntlar);
  • Özüyayılan döşəmə şapları və təmir/bərpa qarışıqları.

İş Şəraiti və Təminat:

  • İş rejimi: Tam iş günü (Aktiv sahə görüşləri + ofis hesabatlılığı);
  • İş yeri / Ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 1C (*"İstikbal Mebel Outlet Bakıxanov"*un yanı); Nəqliyyat rahatlığı: "Koroğlu" metro stansiyasından cəmi 1.2 km məsafədə yerləşir.
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi rəsmiləşdirmə;
  • Əməkhaqqı: Müsahibə əsasında (Namizədin təcrübəsinə və müştəri portfelinə uyğun olaraq razılaşma yolu ilə);
  • Bonus Sistemi: Satış planının icrasından və toplanan debitor borcdan asılı olaraq yüksək faiz/bonus imkanı;
  • Təlimlər: PLİTONİT məhsul kateqoriyalarının texniki xüsusiyyətləri üzrə şirkət tərəfindən xüsusi təlimlərin keçirilməsi;
  • Şəxsi avtomobildən istifadə edildikdə nəqliyyat/yanacaq xərclərinin şirkət tərəfindən qarşılanması.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Plitonit üzrə Satış Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər..

Qeyd: Vakansiya təcilidir. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar

Şirkət haqqında

İnversal MMC
Emal sənayesi, Tikinti materiallarının istehsalı, Topdansatış və pərakəndə ticarət

İNVERSAL Məhdud Məsuliyyətli Cəmiyyəti tikinti materiallarının topdan və pərakəndə satışı (əsasən izolyasiya yönümlü) və tikinti-təmir xidmətləri üzrə fəaliyyət göstərən şirkətdir. Şirkətin fəaliyyəti müasir tikinti texnologiyalarının tətbiqi, keyfiyyətli material təminatı və kompleks icra həllərinin təqdim olunmasına yönəlib. Əsas fəaliyyət istiqamətləri: Tikinti materiallarının satışı – izolyasiya və əlaqəli tikinti məhsullarının topdan və pərakəndə təchizatı İzolyasiya sistemləri – fasad, dam və daxili sahələr üçün enerji effektiv həllərin tətbiqi Tikinti və təmir işləri – yaşayış və qeyri-yaşayış obyektlərinin açar təhvil icrası Xüsusi tikinti məhsulları – quru qarışıqlar, şap sistemləri, yapışdırıcılar, epoksi örtüklər, ara doldurucular və digər texniki materiallar Texniki dəstək və məsləhət – layihələr üçün uyğun material seçimi və tətbiq üzrə tövsiyələr Üstünlükləri: Müasir və innovativ tikinti texnologiyalarından istifadə Müştəri tələbinə uyğun çevik və fərdi yanaşma İşlərin planlı, vaxtında və keyfiyyətli icrası Qısa müddətdə formalaşmış etibarlı biznes imici Ekoloji təmiz və enerji effektiv məhsulların tətbiqi Yanaşma və inkişaf istiqaməti: Xarici bazarlarda özünü doğrultmuş keyfiyyətli və innovativ məhsulların seçilərək yerli bazara təqdim edilməsi Tikinti proseslərinin optimallaşdırılması və uzunömürlü həllərin təmin edilməsi Gələcəkdə izolyasiya və əlaqəli tikinti materiallarının yerli istehsalının qurulması Şirkət əsas ixtisası izolyasiya sahəsi olsa da, tikinti və təmir işlərini kompleks şəkildə, yüksək standartlara uyğun və dayanıqlı nəticə prinsipi ilə həyata keçirir.

İnversal MMC — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

166 Yükdaşıma və LogistikaManager800 ₼dünən
Sales ManagementCustomer Relationship ManagementNegotiation
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Plitonit Məhsulları üzrə Satış Meneceri (Aktiv Satış / Sahə üzrə)
Müraciət et