Yerləşmə
Bakı
Təcrübə
Lead / Head
Məşğulluq
Tam ştat
Əməkhaqqı
800–2 000 ₼
Yerləşdirilib
16 iyun 2026
Dillər
Russian, Azerbaijani

Vakansiya haqqında

Vakansiya: İnteryer məhsulları üzrə Menecer–Satıcı

İnteryer sahəsində fəaliyyət göstərən şirkətimiz komandaya peşəkar, məsuliyyətli və nəticəyönümlü menecer–satıcı dəvət edir. Axtardığımız namizəd sadəcə satış edən deyil, müştəri layihəsini başlanğıcdan sona qədər idarə etməyi bacaran, satış prosesini sistemli şəkildə izləyən və uzunmüddətli müştəri əlaqələri quran şəxs olmalıdır.

🔹 Vəzifə öhdəlikləri:
• İnteryer məhsullarının satışı (pərdələr, mebel, qapılar, çilçıraqlar, interyer boyaları və s.)
• Müştərilərlə peşəkar ünsiyyət qurmaq və etibarlı münasibət yaratmaq
• Satış prosesini layihə prinsipi ilə idarə etmək — yalnız satış deyil, müştərinin seçimi, qərar mərhələsi və sifarişin tamamlanmasına qədər nəzarət
• Daxil olan bütün müraciət və müştərilərin uçotunu aparmaq
• Müştəriləri satış hunisi üzrə izləmək, vaxtında geri dönüş etmək və təkrar əlaqə saxlamaq
• Müştərini itirməmək üçün xatırlatma və izləmə sistemini düzgün idarə etmək
• Komanda ilə koordinasiyalı işləmək
• Satış planlarını yerinə yetirmək və inkişaf etdirmək
• Məhsullar üzrə düzgün təqdimat və məsləhət vermək

🔹 Tələblər:
Yaş: 35+ MÜTLƏQ
RUS DİLİ BİLİYİ MÜTLƏQDİR
• Satış sahəsində mütləq iş təcrübəsi
• İnteryer məhsulları sahələrindən ən az birində təcrübə arzuolunandır:
• pərdə və tekstil
• mebel
• qapı sistemləri
• işıqlandırma / çilçıraqlar
• interyer boyaları
• Dil bilikləri: mütləq
• Dərin satış bilikləri və satış psixologiyasını anlama
• Müştəri ilə tez ünsiyyət qurmaq və etibar qazanmaq bacarığı
• Stressə davamlılıq
• Layihə tipli satış prosesini idarə etmək bacarığı
• Komandada işləmək bacarığı
• Nizam-intizam və məsuliyyətlilik

🔹 İş qrafiki:
• Saat 09:00 – 19:00
• Həftədə 1 gün istirahət (şənbə və bazar istisna olmaqla)

🔹 Təklif edirik:
• Maaş: 800 – 2000 (nəticəyə görə dəyişən)
• Əlavə bonus və motivasiya sistemi
• Uzunmüddətli əməkdaşlıq imkanı
• İnkişaf və peşəkar artım mühiti

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Odontos LTDMiddle1 000 ₼24 gün əvvəl
Sales ManagementCustomer Relationship ManagementSales Strategy Development
Star_kosmetolojiBakıManager500–1 200 ₼bu gün
Sales ManagementCustomer Relationship ManagementB2B Sales
Bütün oxşar vakansiyalar
800–2 000 ₼
Satış meneceri
Müraciət et