Müştərilərlə ünsiyyət qurur, mebel və interyer sahəsində satış bacarıqları tələb olunur.
Vakansiya haqqında
Askona Azərbaycan-dan vakansiya: Satış Meneceri tələb olunur
Vəzifə öhdəlikləri:
- Təyin olunmuş satış hədəflərinə və məqsədlərinə çatmaq üçün şirkətin strategiyasına uyğun işləmək.
- Müştərilərlə effektiv ünsiyyət qurmaq, məhsul haqqında əhatəli və ətraflı məlumat vermək, suallarını əsaslandırılmış şəkildə cavablandırmaq və məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat təqdim etmək.
- Mağazada yüksək keyfiyyətli müştəri xidməti təmin etmək.
- Satış sonrası xidmət proseslərini izləyərək müştəri xidmətini nəzarətdə saxlamaq
Namizədlərə tələblər:
- Təhsil: Orta və ya ali təhsil
- İş təcrübəsi: Satış sahəsində ən azı 1–2 il iş təcrübəsi (qida sektorunu istisna etməklə)
- Cins və Yaş həddi: İşin xarakteri və xüsusiyyətləri nəzərə alınaraq, 22-35 yaşında Bəy və Xanım namizədlərin müraciətlərinə üstünlük verilir
- Satış texnikalarını yaxşı bilməli, müştəri yönümlü və satışa orientasiyalı olmalıdır;
- Azərbaycan və rus dillərini mükəmməl bilməli;
- Kompüter bacarıqları: MS Excel, MS Outlook, 1C.
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş vaxtı: Növbəli
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 1000-2000 manat təşkil edir (Sabit maaş + komissiya)
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Bu vakansiyada qeyd olunan yaş, cins və ya digər xüsusi meyarlar yalnız işəgötürənin tövsiyə etdiyi və arzuolunan parametrləridir, qəti məhdudiyyət və ya tələb xarakteri daşımır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əmək münasibətlərində ayrı-seçkiliyə yol verilmir. Elanın məzmununun doğruluğuna və qanunauyğunluğuna görə tam hüquqi məsuliyyəti elanı yerləşdirən işəgötürən daşıyır.
5/5 - (1 səs)Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Satış meneceri üzrə bazar adətən 700–1 250 ₼ ödəyir, median — 900 ₼.
141 açıq vakansiya, 107 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş həftəsi 5 gündür, iş vaxtı növbəlidir.
Yalnız qeyd olunmuş ünvana gələn CV-lərə baxılır, zənglə müraciət qəbul olunmur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMS Excel, MS Outlook və 1C proqramlarını bilmək tələb olunur.
Azərbaycan və rus dillərini mükəmməl bilmək tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış meneceri üzrə digər açıq elanlar.
Xarici bazarlarda satışları idarə edir və yeni müştərilər cəlb edir, beynəlxalq satış bilikləri tələb olunur.
Müştərilərlə düzgün ünsiyyət qurur və satış texnologiyalarını yaxşı bilir.
Müştərilərlə ünsiyyət qurur, məhsul təqdim edir və satış prosesini idarə edir, güclü ünsiyyət bacarığı tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




