Məhsulların korporativ təqdimatı və satışını həyata keçirir, 3-5 il satış təcrübəsi tələb olunur
Vakansiya haqqında
SATIŞ MENECERİ (Korporativ satışlar)
Şirkət: Etech MMC
Əməkhaqqı: 600 AZN + satış bonusu
ŞİRKƏT HAQQINDA
Etech MMC printer, kartric, kompüter və digər İT avadanlıqlarının, eləcə də ehtiyat hissələrinin satışı sahəsində fəaliyyət göstərir.
Satış komandamızı genişləndirmək məqsədilə aktiv, məsuliyyətli, ünsiyyətcil və satış sahəsində təcrübəsi olan yeni əməkdaş axtarırıq.
İŞ ŞƏRAİTİ
- İş günləri: Bazar ertəsi – şənbə;
- İş saatları: 09:00-dan–18:00-dək;
- İstirahət günü: Bazar;
- Əməkhaqqı: 600 AZN;
- Satış nəticələrinə əsaslanan əlavə bonus imkanı;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- İlkin təlim və iş prosesində dəstək;
- Peşəkar inkişaf və uzunmüddətli əməkdaşlıq imkanı.
BONUS SİSTEMİ
İlkin təlim və uyğunlaşma mərhələsindən sonra fərdi satış nəticələri, yeni müştərilərin cəlb edilməsi və müəyyən edilmiş satış hədəflərinə əsasən bonus hesablanır. Bonus şərtləri əvvəlcədən müəyyən edilir.
MÜRACİƏT QAYDASI
Ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 186, Mirvari Plaza, 3-cü mərtəbə.
Vəzifə öhdəlikləri
- Yeni korporativ müştərilərin axtarılması və əməkdaşlığa cəlb edilməsi;
- Potensial müştərilərlə telefon və elektron poçt vasitəsilə əlaqələrin qurulması;
- Şirkətin məhsullarının təqdim edilməsi və satışının həyata keçirilməsi;
- Müştəri ehtiyaclarının müəyyən edilməsi və uyğun məhsulların təklif olunması;
- Kommersiya təkliflərinin hazırlanması və satış danışıqlarının aparılması;
- Mövcud müştərilərlə əməkdaşlığın davam etdirilməsi və inkişaf etdirilməsi;
- Satış planlarının yerinə yetirilməsi və müvafiq hesabatların hazırlanması.
NAMİZƏDƏ TƏLƏBLƏR
- Satış sahəsində minimum 1 il iş təcrübəsi;
- Aktiv satış və yeni müştəri cəlb etmək bacarığı;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
- Yüksək ünsiyyət və danışıqlar aparmaq qabiliyyəti;
- MS Office proqramları ilə işləmək bacarığı;
- Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq;
- Komandada işləmək və öyrənməyə həvəsli olmaq;
- Korporativ satış (B2B) təcrübəsi üstünlükdür.
QEYD:
Printer, kartric və İT avadanlıqları sahəsində əvvəlki iş təcrübəsi tələb olunmur. Məhsullar və iş prosesləri şirkət tərəfindən öyrədiləcək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Satış meneceri üzrə bazar adətən 600–1 250 ₼ ödəyir, median — 900 ₼.
131 açıq vakansiya, 116 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş saatları 09:00-dan 18:00-dək, bazar ertəsindən şənbəyədəkdir.
İş günləri bazar ertəsindən şənbəyədəkdir, bazar istirahət günüdür.
Əməkhaqqı 600 ₼ və satış bonusu daxildir.
Müraciət üçün CV göndərmək tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçSatış sahəsində minimum 1 il iş təcrübəsi tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış meneceri üzrə Bakıda digər açıq elanlar.
Müştəri ehtiyaclarını müəyyənləşdirib satış prosesini idarə etmək üçün 1-3 il təcrübə tələb olunur
Müştərilərlə işgüzar münasibətləri inkişaf etdirir və satış hədəflərini yerinə yetirir
Korporativ müştərilərlə satış əlaqələrini idarə edir və komanda daxilində işləməyi bacarır
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




