Business DevelopmentMarket AnalysisCustomer Relationship Management
Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
15 iyul 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
15 avqust 2026
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Sizin əsas vəzifələriniz olacaq:
- Korporativ və fərdi müştərilərin cəlb edilməsi və satışların artırılması.
- Müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması və idarə edilməsi.
- Kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanması.
- Müştərilərə avtomobil icarəsi xidmətləri üzrə məsləhətlərin verilməsi.
- Satış hədəflərinin yerinə yetirilməsi və yeni biznes imkanlarının araşdırılması.
- Bazarın və rəqiblərin təhlilinin aparılması.
- Əməliyyat komandası ilə koordinasiyalı şəkildə sifarişlərin icrasının təmin edilməsi.
- Satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq və ya əlaqəli sahələr üzrə üstünlükdür).
- Satış sahəsində minimum 1 il iş təcrübəsi (avtomobil icarəsi və ya avtomobil sektoru üzrə təcrübə üstünlükdür).
- Azərbaycan dili – sərbəst, rus və ingilis dillərini bilmək üstünlükdür.
- MS Office proqramlarında işləmək bacarığı.
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı.
- Müştəriyönümlü yanaşma və nəticəyönümlü iş prinsipi.
- Komandada və müstəqil işləmək bacarığı.
Şirkət haqqında
R.A.M. Servis MMC
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Corporate SalesCustomer Relationship ManagementNegotiation
Competitive AnalysisSalesCustomer Relationship Management
Business DevelopmentClient Relationship ManagementCompetitive Analysis




