Vakansiya haqqında

Məqsədi:

  • Satış departamentinin yeniden strukturlaşması və transformasiyası. Satış komandalarinin inkişaf etdirilmesi və dəyişikliklərin idarə olunması. İdarəetmə və sahə üzrə proseslərinin sistemləşdirilməsi. Hədəf KPİ və Performans mexanizmlərinin təkmilləşdirilməsi

Tabedir: İcraçı direktor

Vəzifə öhdəlikləri:

  • Strateji Planlaşdırma: Şirkətin qısamüddətli və uzunmüddətli satış strategiyalarının, aylıq/rüblük/illik satış planlarının və KPI göstəricilərinin hazırlanması, həyata keçirilməsi və icrasına nəzarət olunması;
  • Komanda İdarəetməsi: Satış komandasının (supervayzerlər, regional satış təmsilçiləri, Key Account menecerlər) fəaliyyətinin idarə edilməsi, motivasiyası, peşəkar inkişafı və performansının qiymətləndirilməsi;
  • Kanal və Bazar İdarəetməsi: Bütün satış kanalları (Traditional Trade, Modern Trade / Key Accounts, HoReCa və Distribusiya) üzrə satış həcminin, daxilolmaların və bazar payının ardıcıl artırılmasının təmin edilməsi;
  • Maliyyə və Debitor Nəzarəti: Satış büdcəsinin, kommersiya şərtlərinin tənzimlənməsi, debitor borcların ciddi nəzarətdə saxlanılması və sağlam dövriyyə kapitallarının təmin edilməsi;
  • Sahə və Marşrut Optimallaşdırılması: Ərazi üzrə marşrutların, örtülmə dərəcəsinin və yerlərdə merçendayzinq standartlarının optimallaşdırılması; sahə qiymətləndirmələrinin aparılması;
  • Analitika və Rəqabət Təhlili: Satış dinamikası, rəqib fəaliyyəti, qiymət siyasəti və bazar trendlərinin mütəmadi təhlili; analitik hesabatların təqdim olunması.

Tələblər:

  • Təhsil: Ali təhsil (İqtisadiyyat, Biznesin İdarə Edilməsi, Menecment)
  • Təcrübə: FMCG və ya Distribusiya sektorunda Satış rəhbəri vəzifəsində minimum 10 il uğurlu rəhbərlik təcrübəsi (içki/qida sektoru təcrübəsi üstünlükdür);
  • Strateji və Analitik Düşüncə: Yüksək rəqəmsal və analitik bacarıqlar, satış data analitikası və planlaşdırma modelləri ilə işləmək qabiliyyəti;
  • Liderlik Səriştələri: Güclü komanda qurma, motivasiyaetmə, danışıqlar aparmaq (High-level Negotiation) və konfliktləri idarə etmək bacarığı;
  • Texniki Biliklər: MS Office proqramlarında səlis işləmək bacarığı;
  • Dil Bilikləri: Azərbaycan dili (səlis), Rus dili (arzolunandır), İngilis dili (arzolunandır).

İş vaxtının norması:

  • 09:00-17:00 / 5 günlük iş həftəsi

İş yeri:

  • Xırdalan şəhəri, (Masazır dairəsinin yaxınlığı)

Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Satış rəhbəri (Satışın transformasiya lideri)” yazmaqla https://karyera.sirab.az/ və Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvana göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Yerləşmə
Xırdalan
Təcrübə
10+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
15 sentyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
15 oktyabr 2026

Şirkət haqqında

Sirab Satış və Dağıtım MMC
Food and Beverage Manufacturing · Baku

Sirab Satış və Dağıtım MMC is the sales and distribution arm of the Sirab mineral water brand (part of the Veyseloglu group), handling wholesale and retail sales of Sirab carbonated and still mineral waters.

Sirab Satış və Dağıtım MMC — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

KOLLEKTA MMC
Manager · 5–7 ilBakı
1 500

Təqib departamentinin fəaliyyətini idarə edir və problemli kreditlərin idarə olunmasında təcrübə tələb olunur

Problem Loan ManagementKPI DevelopmentTeam ManagementNegotiation+8
Müraciət etAsan müraciətAsan müraciət
Hikvision Co
ManagerBakı
1 500–2 000

Korporativ satış strategiyasını hazırlayır, satış komandası idarə edir və müştəri əlaqələrini inkişaf etdirir.

B2B SalesTender PreparationNegotiationCRM+11
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Satış rəhbəri
Müraciət et