Satış şöbəsinin müdiri

UnityFood LTD

Yerləşmə
Azərbaycan
Təcrübə
1–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 500–1 500 ₼
Yerləşdirilib
25 iyun 2026
Son tarix
25 iyul 2026

Vakansiya haqqında

UnityFood LTD MMC komandamıza peşəkar və nəticəyönümlü Satış Şöbəsinin Müdiri vəzifəsi üzrə əməkdaş axtarır.

Əsas vəzifələr:

  • Şirkətin satış strategiyasının hazırlanması və icrasının təmin edilməsi;
  • Satış komandasının fəaliyyətinin idarə olunması, koordinasiyası və inkişaf etdirilməsi;
  • Ərazi daxilində müvafiq məhsulların satışını təşkil etmək və nəzarətini həyata keçirməli;
  • Satış nöqtələri və istehlakçılar ilə görüşmələr etməli;
  • Məhsulların keyfiyyəti haqqında müştərilərə məlumat verməli;
  • Məhsulların satış nöqtələrinə çatdırılmasına nəzarət etməlidir.
  • Satış planlarının hazırlanması, icrasına nəzarət və nəticələrin təhlili;
  • Müştəri bazasının genişləndirilməsi və mövcud müştərilərlə münasibətlərin inkişaf etdirilməsi;
  • Satış göstəricilərinin monitorinqi və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
  • Bazar araşdırmalarının aparılması və rəqabət mühitinin təhlili;
  • Komandanın motivasiyasının və performansının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi.

Namizədə tələblər:

  • Bəy namizədlər;
  • Ali təhsil;
  • Yaş 25+;
  • Satış sahəsində iş təcrübəsi mütləqdir;
  • Rəhbər vəzifədə iş təcrübəsi 1-3 il
  • FMCG sektorunda iş təcrübəsinə üstünlük verilir (qida və dəniz məhsulları sahəsində, xüsusilə FMCG sektorunda minimum 1-3 il iş təcrübəsi);
  • Satışın idarə edilməsi, planlaşdırılması və analizi üzrə biliklər;
  • Güclü liderlik, ünsiyyət və təşkilatçılıq bacarıqları;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Nəticəyönümlü, məsuliyyətli və analitik düşüncə tərzi.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Əmək haqqı: 1500 AZN;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
  • Karyera inkişafı və peşəkar yüksəliş imkanları.

Şirkət haqqında

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
1 500–1 500 ₼
Satış şöbəsinin müdiri
Müraciət et