Vakansiya haqqında
İş yeri: Qazax və Göyçay (Hər bölgə üçün ayrıca Bölgə Müdiri tələb olunur)
Namizədə olan tələblər:
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
- Şəxsi avtomobilin olması;
- Qida sektorunda Satış Müdiri və ya Bölgə Müdiri vəzifəsində iş təcrübəsi;
- Dəqiqlik, məsuliyyətlilik, nizam-intizam və komanda ilə işləmək bacarığı;
- Satış, idarəetmə və liderlik bacarıqları.
Vəzifə öhdəlikləri:
- Satış göstəricilərini təhlil etmək və inkişafına nəzarət etmək;
- Potensial müştəriləri müəyyən etmək, onlarla əlaqə yaratmaq və yeni müştərilərin cəlb edilməsi üçün təkliflər hazırlayıb rəhbərliyə təqdim etmək;
- Satış təmsilçilərini və digər komanda üzvlərini idarə etmək;
- Təşkilati hədəflərə uyğun effektiv satış strategiyalarını tətbiq etmək;
- Həftəlik və aylıq satış hesabatlarını hazırlamaq;
- Satış nöqtələrində sifarişlərin alınmasına nəzarət etmək və prosesi idarə etmək;
- Satış nöqtələrinin gündəlik ziyarət planına uyğun fəaliyyətinə nəzarət etmək.
İş şərtləri:
- Əmək haqqı: Fix əmək haqqı + bonus (2500–3500 AZN);
- İş qrafiki: 5 günlük tam iş həftəsi;
- İş saatı: 08:00 – 17:00;
- İş yeri: Qazax və ya Göyçay;
- Nahar, yanacaq (benzin) xərcləri, avtomobil amortizasiyası və korporativ nömrə şirkət tərəfindən təmin edilir;
Maraqlanan namizədlər mövzu hissəsində "Bölgə Müdiri – Qazax" və ya "Bölgə Müdiri – Göyçay" qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Şirkət haqqında
2000-ci illərdən etibarən ölkəmizdə iqtisadi və siyasi sabitliyin möhkəmlənməsi, qeyri-neft sektorunun sürətli inkişafı, eləcə də investisiya və özəl biznes mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşması yeni və perspektivli şirkətlərin…
Agro-West DC MMC — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
İşçiləri motivasiya edərək satışları artırmaq və müştəri xidmət standartlarını təmin etmək tələb olunur.
Otellərin ön ofis əməliyyatlarını idarə edir və qabaqcıl idarəetmə bacarıqları tələb olunur.
Kateqoriya menecerliyi üzrə şöbənin idarə olunması və analitik bacarıqlar tələb olunur




