Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Kosmetik sahədə fəaliyyət göstərən brendimiz üçün yüksək motivasiyalı əməkdaş axtarırıq. Əgər siz də satış sahəsində peşəkar inkişafınızı sürətləndirmək və dinamik komandada yer almaq istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
* Uzaqdan çalışma imkanı.
* 10:00 dan- 19:00 dək iş qrafiki
* Həftədə 1 dəfə istirahət günü
* Fix əmək haqqı + satışdan bonus sistemi
* Satış və məhsullar üzrə ilkin təlim şirkət tərəfindən təqdim olunur.
* Karyera inkişafı və uzunmüddətli əməkdaşlıq imkanı.
Vəzifə öhdəlikləri
* Sosial media platformaları üzərindən daxil olan müştəri müraciətlərini operativ şəkildə cavablandırmaq.
* Sosial media platformalarında təşkil olunan canlı yayımlarda iştirak etmək, məhsulları peşəkar şəkildə təqdim etmək və izləyicilərin suallarını cavablandırmaq.
* Müştərilərin ehtiyaclarını təhlil edərək məhsullar barədə ətraflı məsləhət və məlumat təqdim etmək.
* Müştəri məmnuniyyətinin yüksək səviyyədə təmin olunmasına və satış hədəflərinin yerinə yetirilməsinə töhfə vermək.
Tələblər
* Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı.
* Satış sahəsində təcrübə arzuolunandır (təcrübəsi olmayan, öyrənməyə həvəsli namizədlər də müraciət edə bilər).
* Məsuliyyətli, ünsiyyətcil, pozitiv və nəticəyönümlü olmaq.
* Sosial media platformalarından aktiv istifadə bacarığı və peşəkar şəkildə canlı yayımlarda məhsulu təqdim etmək bacarığı
* Müştəri ilə nəzakətli və peşəkar ünsiyyət qurmaq.
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.


