Azərbaycanda biznesin inkişafını idarə edir və güclü satış və danışıqlar bacarıqları tələb edir
Vakansiya haqqında
Ölkənin aparıcı banklarından biri olan "Rabitəbank" ASC əməkdaşlarına uğurlu karyera qurmaq, peşəkar inkişaf etmək və dinamik komandanın üzvü olmaq imkanı yaradır.
Vəzifə haqqında
Rabitəbank Ticarət Maliyyələşdirilməsi istiqamətində fəaliyyətini genişləndirir. Bu vəzifə üzrə əsas məqsəd beynəlxalq ticarət maliyyələşdirilməsi (Cross-Border Trade Finance) və Təchizat Zəncirinin Maliyyələşdirilməsi (Supply Chain Finance) məhsullarının satışını inkişaf etdirmək və yeni biznes imkanları yaratmaqdır.
Əsas vəzifələr
- Korporativ və KOB müştərilərinə akkreditivlər (LC), bank zəmanətləri, faktorinq və digər ticarət maliyyələşdirilməsi məhsullarının, xüsusilə beynəlxalq əməliyyatlar üzrə satışını həyata keçirmək;
- Yeni müştərilər cəlb etmək, Bankın mövcud korporativ və KOB müştəri bazasında ticarət maliyyələşdirilməsi məhsullarının satışını genişləndirmək;
- Beynəlxalq əməliyyatlar və müxbir bankçılıq istiqamətində Maliyyə Təşkilatları komandası ilə sıx əməkdaşlıq etmək;
- Təchizat Zəncirinin Maliyyələşdirilməsi biznesinin əvvəlcə yerli, daha sonra isə beynəlxalq səviyyədə inkişafına töhfə vermək.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Biznes sahibləri ilə görüşüb platformanı təqdim edən və satış edən namizəd tələb olunur
Yeni müştərilərin cəlb edilməsi və satışın artırılması üçün 3-5 il təcrübəsi olan satış meneceri.
Region üzrə satışları idarə edir, yeni müştərilər cəlb edir və 5 il təcrübə tələb olunur

