Müştərilərlə işləyir, satış təcrübəsi və ünsiyyət bacarığı tələb olunur.
Vakansiya haqqında
RESM Jewelry zərgərlik sənətini zövq, incəlik və yüksək xidmət mədəniyyəti ilə birləşdirən premium brenddir. Komandamıza yalnız satış etməyi bacaran deyil, RESM brendini peşəkar şəkildə təmsil edə bilən Luxury Sales Consultant axtarırıq.
Əgər zərif ünsiyyətə, estetik zövqə və detallara xüsusi diqqət yetirirsinizsə, sizi komandamızın bir hissəsi olmağa dəvət edirik.
İş şəraiti
- 6 günlük iş qrafiki
- İş yeri: 28 May metrosu yaxınlığı
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
- Peşəkar və dəstəkləyici iş mühiti
Əmək haqqı namizədin peşəkar təcrübəsi, bilik və bacarıqları nəzərə alınmaqla, müsahibənin nəticələrinə əsasən müəyyən edilir.
Əsas öhdəliklər
- Müştəriləri gülərüz və peşəkar şəkildə qarşılamaq, premium xidmət standartlarına uyğun alış-veriş təcrübəsi yaratmaq.
- Müştərinin ehtiyac və zövqünü düzgün müəyyən edərək ona ən uyğun zərgərlik məmulatlarını təqdim etmək.
- Məhsulların xüsusiyyətləri, materialı, dizaynı və istifadə qaydaları barədə ətraflı və düzgün məlumat vermək.
- Satış prosesini yüksək xidmət etikası və müştəri məmnuniyyəti prinsiplərinə uyğun idarə etmək.
- Vitrinlərin estetik görünüşünü, səliqəsini və premium təqdimat standartlarını daim qorumaq.
- Müştəri məlumatlarını daxili sistemə daxil etmək və müştəri bazasının inkişafına dəstək vermək.
Tələblər
- Xanım namizədlər
- Yaş: 20–45
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı
- İngilis dili biliyi üstünlükdür
- Satış və ya müştəri xidməti sahəsində iş təcrübəsi
- Yüksək ünsiyyət və təqdimat bacarığı
- Estetik zövq, etiket və davranış mədəniyyəti
- Məhsullara qarşı diqqətli, məsuliyyətli və səliqəli olmaq
- Komandada işləmək bacarığı və nəticəyönümlü yanaşma
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış məsləhətçisi üzrə bazar adətən 600–750 ₼ ödəyir, median — 625 ₼.
24 açıq vakansiya, 18 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış məsləhətçisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri 28 May metrosu yaxınlığındadır.
İş qrafiki həftədə 6 gündür.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi təklif olunur.
Əmək haqqı namizədin təcrübəsi, bilik və bacarıqlarına əsasən müsahibə nəticəsində müəyyən edilir.
Namizədlərdən CV göndərilməsi tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış məsləhətçisi üzrə Bakıda digər açıq elanlar.
Müştəri xidməti göstərir, satış dəstəyi verir və soyuq zənglər edir, yaxşı ünsiyyət bacarığı tələb olunur.
Müştəriləri qarşılamaq və məhsulları təqdim etmək üçün satış məsləhətçisi axtarılır, ünsiyyət bacarığı vacibdir.
Müştəriləri qarşılamaq, məhsul təklif etmək və satış həyata keçirmək üçün inandırma qabiliyyəti tələb olunur.



