Vakansiya haqqında
Şirin Nur Azərbaycan şirniyyatları istehsalı müəssisəsi müştərilərlə nəzakətli ünsiyyət qurmağı bacaran, məsuliyyətli və səliqəli Satış Məsləhətçisi axtarır.
Yaş həddi 18 - 40
Əmək haqqı:
600–800 AZN (iş təcrübəsi və bacarıqlarından asılı olaraq).
Vəzifələr:
Müştəriləri gülərüz və nəzakətlə qarşılamaq;
Paxlava, şəkərbura, kətə və digər Azərbaycan şirniyyatlarının satışı və təqdimatını həyata keçirmək;
Müştərilərin zövq və ehtiyaclarına uyğun məhsullar barədə məsləhət vermək;
Vitrinin səliqəli, təmiz və cəlbedici görünüşünü təmin etmək;
Məhsulların düzgün qablaşdırılması və təqdim olunmasını təmin etmək;
İş yerinin təmizliyinə və səliqəsinə riayət etmək;
Şirkətin xidmət standartlarına və müştəri məmnuniyyəti prinsiplərinə əməl etmək.
Tələblər:
Azərbaycan şirniyyatları (paxlava, şəkərbura, kətə və digər milli şirniyyatlar) haqqında bilik;
Satış və ya müştəri xidməti sahəsində iş təcrübəsi arzuolunandır;
Ünsiyyət bacarığı yüksək, gülərüz və nəzakətli olmaq;
Müştəri yönümlü düşüncə tərzinə sahib olmaq;
Məsuliyyətli, səliqəli və komandada işləmə bacarığı;
Azərbaycan dilində sərbəst danışmaq (rus dili biliyi üstünlük hesab olunur);
Gigiyena və xidmət qaydalarına ciddi riayət etmək.
Yanlız Xanım namizədlər
İş qrafiki:
Həftədə 6 iş günü;
Gündə 9 saat.
Şirkət haqqında
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Müştəri tələblərinə uyğun məhsul seçməkdə kömək etmək və satış planlarını öyrənmək.
Elektronika satışı həyata keçirmək və müştərilərə məhsul xüsusiyyətlərini izah etmək.


