Səs sistemlərinin satışını həyata keçirir və müştəri əlaqələrini inkişaf etdirir, satış təcrübəsi tələb olunur.
Vakansiya haqqında
Komandamıza enerjili, ünsiyyətcil və nəticəyönümlü Sahə Satış Təmsilçisi axtarırıq. Satış sahəsində özünü inkişaf etdirmək və bonus əsaslı qazanc əldə etmək istəyən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
İş qrafiki
- Bazar ertəsi – Cümə
- 10:00 – 18:00
Əməkhaqqı
- 400 AZN sabit əməkhaqqı
- 30% bonus sistemi (satış nəticələrinə əsasən)
Vəzifə öhdəlikləri
- Təyin olunmuş ərazilərdə məhsulun (kitabın) təqdimatı və satışının həyata keçirilməsi;
- Yeni satış nöqtələrinin müəyyən edilməsi və mütəmadi ziyarət olunması;
- Mövcud əməkdaşlarla uzunmüddətli və effektiv işgüzar münasibətlərin qorunması;
- Müəyyən edilmiş satış planının icrası;
- Gündəlik satış fəaliyyətinə dair hesabatların hazırlanması və təqdim edilməsi.
Namizədə tələblər
- Güclü ünsiyyət, təqdimat və satış bacarığı;
- Aktiv, məsuliyyətli və nəticəyönümlü yanaşma;
- Səyyar iş rejimində çalışma imkanı;
- Satış sahəsində iş təcrübəsi arzuolunandır;
- FMCG və ya digər şirkətlərdə Sahə Satış Təmsilçisi kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Biz sizə nə təklif edirik?
- 5 günlük iş qrafiki;
- Rəqabət qabiliyyətli bonus sistemi ilə əlavə qazanc imkanı;
- İşə adaptasiya üçün təlim və davamlı dəstək;
- Peşəkar və karyera inkişafı imkanları;
- Gənc, dinamik, sərbəst və motivasiyaedici komanda mühiti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Uğurlu karyeranıza bizimlə başlayın!
Yerləşmə
Azərbaycan
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
1 avqust 2026
Son tarix
1 sentyabr 2026
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
500₼
Müraciət etAsan müraciətAsan müraciət
700–1 200₼
Tibbi nümayəndə kimi tibb müəssisələrində məhsulları təqdim etmək və satış öhdəliyini yerinə yetirmək.
PresentationReportingSalesCommunication
Müraciət etAsan müraciətAsan müraciət
600–1 200₼
Tibbi preparatların satışını həyata keçirir və təqdimat bacarığı tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət
1 500₼
Məhsulların satışını həyata keçirir və satış hədəflərinə çatmaq üçün müştərilərlə işləyir.
Müraciət etAsan müraciətAsan müraciət
Mövzu üzrə materiallar
Karyera
Bütün materiallar 