Müştərilərə məhsul təqdim edir və satış həyata keçirmək üçün ünsiyyət bacarığı tələb olunur.
Vakansiya haqqında
İş haqqında məlumat
Around Group 25 ildən artıqdır ki, ticarət marketinqi, satış komandalarının idarə olunması, satış kanallarının inkişafı, tədbirlərin təşkili, rəqəmsal həllər və insan resursları sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir.
Şirkət yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək müxtəlif sahələr üzrə uğurlu layihələr həyata keçirir. Xidmət portfelimizə BTL və promo layihələri, tədbirlərin təşkili, kadr seçimi və təlimi, eləcə də veb həllər, SMM, media təşviqatı və digər rəqəmsal xidmətlər daxildir.
- Hazırda komandamızı genişləndirmək məqsədilə Horeca Satış Nümayəndəsi vakansiyası üzrə yeni əməkdaşlar axtarırıq.
Vəzifə öhdəlikləri
- HORECA məkanlarında (restoran, kafe, bar və tədbirlərdə) premium tütün qızdırıcı cihazının təqdimatı və satışını həyata keçirmək;
- Müştərilərə məhsulun xüsusiyyətləri və üstünlükləri barədə ətraflı məlumat vermək;
- Yüksək xidmət standartlarına uyğun peşəkar müştəri təcrübəsi yaratmaq;
- Satış planlarının icrasında aktiv iştirak etmək və müəyyən edilmiş hədəflərə nail olmaq;
- Brendi şirkətin standartlarına uyğun şəkildə təmsil etmək.
İş şəraiti və təkliflərimiz
- Əmək haqqı: 840 AZN NET + satış nəticələrinə əsaslanan bonus sistemi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- İş qrafiki: Həftədə 5 iş günü, 18:00 – 01:00 ;
- İstirahət günləri: Bazar ertəsi və Çərşənbə axşamı;
- Şirkət tərəfindən nəqliyyat və iş forması ilə təminat;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
- Dinamik, innovativ və peşəkar iş mühitində çalışma imkanı.
Şirkət haqqında
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Telefonla məhsul və xidmətlərin satışını həyata keçirir, yüksək kommunikasiya bacarığı tələb olunur.
Tibbi məhsulların satışını həyata keçirir və satış sahəsində 1 il təcrübəyə malikdir.
Məhsulları təqdim etmək və müştəri məmnuniyyətini təmin etmək tələb olunur.


