Müştərilərlə münasibətləri qurur, satış hədəflərini yerinə yetirmək üçün danışıqlar aparır və bazar analizini həyata keçirir
Vakansiya haqqında
Vəzifə Öhdəlikləri:
Müəyyən olunmuş marşrut üzrə HoReCa nöqtələrini (otel, restoran, kafe, şadlıq sarayı və catering şirkətləri) müntəzəm ziyarət
etmək,satış hədəflərini icra etmək və sifarişləri qəbul etmək;Şəhər və ərazi üzrə yeni açılan və ya mövcud HoReCa obyektlərini aşkar etmək,
Təhvil verilmiş soyuducu, stend və digər brendinq/xidmət avadanlıqlarının düzgün istifadəsinə, vizual standarta və məhsulların
düzgün təqdimatına nəzarət etmək;Satış sonrası çatdırılma prosesini, ödəniş şərtlərini debitor borcların (hesablaşmaların) vaxtında yığılmasını tənzimləmək;
Müştəridəki stok ehtiyacını dəqiq planlaşdırmaq.
Əsas tələblər:
Təcrübə: FMCG / HoReCa (otel, restoran, kafe) sektorunda satış təmsilçisi kimi minimum 1 il iş təcrübəsi;
Sürücülük: B kateqoriyalı sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması mütləqdir;
Dil bilikləri: Azərbaycan dili – səlis
Proqram bilikləri: MS Office (Word, Excel – başlanğıc/orta səviyyə).
Fərdi keyfiyyətlər:
HoReCa sektoruna uyğun yüksək təqdimat, peşəkar kommunikasiya və etik davranış bacarıqları;
Danışıqlar aparmaq, müqavilə şərtlərini razılaşdırmaq və inandırma qabiliyyəti;
Nəticəyönümlülük, çevik problem həll etmə və dinamik iş mühitinə uyğunlaşma.
İş şəraiti və təminatlar:
Əməkhaqqı: Sabit əməkhaqqı (Fix) + Satış nəticələrinə görə aylıq Bonus;
Xərclərin qarşılanması: Yanacaq, amortizasiya və yemək xərcləri şirkət tərəfindən ödənilir;
Əlaqə: Korporativ nömrə və danışıq paketi;
İş qrafiki: 6 günlük iş həftəsi (Bazar günü – istirahət günü).
Müraciət forması:
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış təmsilçisi üzrə bazar adətən 550–1 000 ₼ ödəyir, median — 700 ₼.
159 açıq vakansiya, 136 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış təmsilçisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Sirab Satış və Dağıtım MMC is the sales and distribution arm of the Sirab mineral water brand (part of the Veyseloglu group), handling wholesale and retail sales of Sirab carbonated and still mineral waters.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş həftəsi 6 gündür, bazar günü istirahət günüdür.
Sabit əməkhaqqı və satış nəticələrinə görə aylıq bonus verilir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçB kateqoriyalı sürücülük vəsiqəsi və şəxsi avtomobil tələb olunur.
MS Office proqramlarının başlanğıc və ya orta səviyyədə biliyi tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış təmsilçisi üzrə Bakıda digər açıq elanlar.
Müştərilərə tütün məhsulları üzrə satış və yüksək səviyyədə xidmət göstərmək tələb olunur
Müştərilərlə görüşür, satış prosesini idarə edir və minimum 1 il təcrübə tələb olunur
Müştərilərlə işləyir və satış üzrə minimum 1 il təcrübəsi tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





