Şirkət məhsullarını təqdim edir, satış aparır və bazar təhlili bacarığı tələb olunur
Vakansiya haqqında
Şirkət haqqında:
Müasir dizaynlı mebellər və ən son texnoloji elektronika məhsullarının satışı ilə məşğul olan mağazamız üçün müştərilərə yüksək səviyyəli xidmət göstərəcək, satış komandamıza enerji qatacaq komanda yoldaşları axtarırıq.
İş şəraiti və Təminatlar:
- Əmək haqqı: 500 AZN + Satışdan faiz + Bonus + Mükafat;
- AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- İş qrafiki: 6 günlükiş qrafiki, həftədə 1 gün istirahət;
- Məhsul və satış texnikaları üzrə peşəkar təlimlər;
- Karyera yüksəlişi imkanları.
Müraciət qaydası:
Vəzifə öhdəlikləri
- Mağazaya daxil olan müştəriləri gülərüzlə qarşılamaq və ehtiyaclarını müəyyən etmək;
- Mebel və elektronika məhsulları (xüsusiyyətləri, funksiyaları, zəmanət şərtləri və s.) haqqında müştərilərə ətraflı və dürüst məlumat vermək;
- Müştərinin istək və büdcəsinə uyğun məhsul seçimində köməklik göstərmək, alternativlər təklif etmək;
- Satış prosesini (nağd, hissə-hissə ödəniş və ya kredit şərtləri ilə) peşəkar şəkildə idarə etmək və rəsmiləşdirmək;
- Mağazadakı məhsulların səliqəsinə, vitrinlərin vizual görünüşünə və qiymət kağızlarının düzgünlüyünə nəzarət etmək;
- Satış hədəflərinin yerinə yetirilməsi üçün aktiv çalışmaq.
Tələblər
- Ali və ya orta-ixtisas təhsili;
- Mebel və ya elektronika (məişət texnikası, mobil cihazlar və s.) satışı sahəsində minimum 1 il iş təcrübəsi (arzuolunandır);
- Azərbaycan dilində mükəmməl səlis danışıq qabiliyyəti (Rus dili biliyi üstünlükdür);
- Effektiv ünsiyyət, inandırma və müştəri məmnuniyyəti yönümlü işləmə bacarığı;
- Komandada işləmək istəyi və öyrənməyə həvəsli olmaq;
- Punktual, məsuliyyətli və stressə davamlı olmaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Satış təmsilçisi üzrə bazar adətən 550–950 ₼ ödəyir, median — 700 ₼.
98 açıq vakansiya, 90 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış təmsilçisi kimi öz maaşını yoxlaŞirkət haqqında
1994-cü ildən faəliyyət göstərən, müştərilərinə mebel və ev avadanlıqları satışı ilə məşğul olan yerli şirkət. Məqsədimiz qarşıdakı 3 il ərzində müasir standartlara uyğun korporativ şirkət qurmaq və bu yeni inkişaf strategiyası…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş qrafiki 6 günlükdür, həftədə 1 gün istirahət var.
Əmək haqqı 500 AZN + satışdan faiz, bonus və mükafatdır.
Ali və ya orta-ixtisas təhsili tələb olunur.
Mebel və ya elektronika satışında minimum 1 il iş təcrübəsi arzuolunandır.
Azərbaycan dilində mükəmməl səlis danışıq, rus dili üstünlükdür.
Namizədlərdən CV göndərilməsi tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış təmsilçisi üzrə Bakıda digər açıq elanlar.
Məhsulların satış nöqtələrində yerləşdirilməsini və sifarişlərin təmin edilməsini həyata keçirir, satış təcrübəsi tələb olunur.
Bakı şəhərində bizneslərə PeakPin platformasını təqdim edib satış həyata keçirmək tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




