Yeni biznes imkanlarını müəyyən edir və mövcud müştərilərlə əlaqələri gücləndirir, güclü ünsiyyət bacarıqları tələb olunur.
Vakansiya haqqında
Komandamıza satış sahəsində təcrübəli, nəticəyönümlü və güclü ünsiyyət bacarıqlarına malik bəy namizəd axtarır.
Tələblər:
- Yaş: 25–40
- Ali təhsil
- HoReCa və ya satış sahəsində 3–5 il iş təcrübəsi
- Rus dili biliyi; ingilis dili biliyi arzuolunandır
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı
- Satış hədəflərinə fokuslanmaq və nəticəyönümlü işləmək
- Bəy namizəd
- Şəxsi avtomobilinin olması mütləqdir
Vəzifə öhdəlikləri:
- HoReCa seqmenti üzrə yeni müştərilərin cəlb edilməsi və satışların artırılması
- Mövcud müştərilərlə uzunmüddətli və effektiv əməkdaşlıq münasibətlərinin qurulması
- Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun məhsul həllərinin təqdim olunması
- Satış planının icrası və satış nəticələrinin mütəmadi izlənilməsi
- Bazar və rəqib araşdırmalarının aparılması
Təklif edirik:
- Əmək haqqı: 1500–3500 AZN (bonus sistemi əsasında)
- Peşəkar və dinamik iş mühiti
- Karyera və inkişaf imkanları
Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində “HoReCa üzrə Aparıcı Satış Mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Şirkət haqqında
"BESTING” MMC 2018-ci ildə Azərbaycanda qurulmuş qənnadı və çörək sektoru üçün qida xammalları istehsalı ilə məşğul olan şirkətdir.
BESTİNG MMC — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Satış planları hazırlayır, yeni biznes imkanları tapır və müştəri əlaqələrini idarə edir.
Satış hədəflərinə çatmaq üçün müştəri münasibətlərini inkişaf etdirmək və yeni biznes yaratmaq.
Müxtəlif sektorlarda potensial müştəriləri müəyyənləşdirib əlaqə qurmaq və satış prosesini idarə etmək bacarığı tələb olunur.




