Telefonla satış və müştərilərlə işləyərək yeni müştərilər cəlb edir və sifarişlər qazanır.
Vakansiya haqqında
Vəzifə və öhdəliklər
- Biznes müştərilərin bankın məhsul və xidmətlərinin xüsusiyyətləri və üstünlükləri barədə məlumatlandırılması;
- Biznes müştərilər üçün məhsul və xidmətlər üzrə kommersiya təklifinin hazırlanması;
- Bankın məhsul və xidmətlərinin biznes müştərilərə satışının həyata keçirilməsi;
- Digər bank məhsullarını bilmək və onları öz potensial müştərilərinə tövsiyyə etmək, müştərinin məhsullarla maraqlandığı təqdirdə onu həmin məhsul üzrə məsul mütəxəssisin müvafiq departamentinə müşaiyət etmək;
- Mövcud biznes müştərilər üzrə məlumatlar bazasının formalaşdırılmasında, zəruri hesabatların hazırlanmasında iştirak;
- Bankın məhsul xəttinin genişləndirilməsi, məhsul və xidmətlərin həcminin artırılması üçün biznes müştərilərin və onların əsas kontragentlərinin bank xidmətləri üzrə ehtiyaclarının təhlili və öyrənilməsi;
- Biznesin olduğu yerə məcburi baxış (tələb olunursa) keçirilməklə və maliyyə-təsərrüfat fəaliyyəti qiymətləndirilməklə potensial müştərilərin maliyyə-iqtisadi təhlilinin aparılması;
- Kreditin verilməsi barədə qərara təsir göstərən risk və digər neqativ amillərin qiymətləndirilməsi;
- Banka həm kredit, həm də qeyri kredit məhsulları üzrə yeni müştəriləri cəlb etmək, fərdi kredit və qeyri-kredit portfelini yaratmaq və onun yüksək keyfiyyətini qoruyub saxlamaq;
- Kredit Alanın gecikdirilmiş kreditləri üzrə maliyyə vəziyyətini və kreditin geri qaytarılma perspektivlərini müəyyənləşdirmək üçün monitorinqin həyata keçirilməsi;
- Kredit Alan tərəfindən kreditin geri qaytarılması öncədən razılaşdırılmış məbləğdə və müddətdə olmadığı təqdirdə, bu halın davam etməsi zamanı onu gələcəkdə gözləyəcək hüquqi məsələlərlə bağlı təlimatlandırmaq məqsədilə görüşün təşkili;
- Gecikmədə olan kreditlərin həlli istiqamətində mövcud prosedur və qaydalar çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsi;
- Kreditlərin verilməsi və qeyri-kredit məhsullarının satışı üzrə fərdi planları yerinə yetirmək;
- Təsdiq olunmuş qaydada, digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə, kreditin verilməsi barədə qərar qəbul edilməsi üçün rəyin hazırlanması;
- Kreditin verilməsi haqqında qərar barəsində borcalanın məlumatlandırılması;
- Kredit portfeli üzrə zəruri hesabatların hazırlanması;
- Şöbə üzrə təyin edilmiş fəaliyyət göstəricilərinin icrası.
Tələblər
- Ali təhsil;
- Bank sahəsində minimum 6 ay;
- Satış və təqdimat bacarıqları;
- Danışıqlar aparmaq və inandırmaq bacarığı;
- Kredit məhsulları üzrə ilkin biliklər;
- Yeni müştərilərin axtarışı və əlaqələrin idarə olunması bacarığı;
- Korporativ satış sahəsində təcrübə üstünlükdür;
- Maliyyə təhlili və biznes analizinə maraq;
- Komandada işləmək bacarığı.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış üzrə mütəxəssis üzrə bazar adətən 600–1 050 ₼ ödəyir, median — 800 ₼.
117 açıq vakansiya, 185 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Məhsulların satışını həyata keçirir və müştərilərə peşəkar məsləhət verir.
Məhsulların iri market şəbəkələrində tanıdılması və satışı, yüksək ünsiyyət bacarığı tələb olunur.
Müştərilərlə əlaqə qurur, bank məhsullarını satır və kreditlərin idarə olunmasını təmin edir.





