Məhsulların satışını həyata keçirir, müştəri ziyarətləri edir və satışda ən az 2 il təcrübəsi var.
Vakansiya haqqında
Shine.az komandasına kosmetika sahəsində təcrübəli satış təmsilçisi axtarılır.
Vəzifə öhdəlikləri:
- Kosmetika satış nöqtələrinin gündəlik marşrut cədvəlinə uyğun ziyarət edilməsi;
- Mövcud müştərilərdən sifarişlərin alınması, yeni satış nöqtələrinin axtarışı və əməkdaşlığa cəlb edilməsi;
- Satış planının icrası;
- Rəflərdə mal qalığına və məhsulların planoqramlara uyğun sərgilənməsinə nəzarət;
- Debitor borcların yığılmasına nəzarət;
- Yeni potensial müştərilərlə danışıqların aparılması və ticarət şərtlərinin razılaşdırılması;
- Sell-in və sell-out göstəricilərinin izlənməsi;
- Bazarın və rəqiblərin davamlı monitorinqi.
Tələblər:
- Məhz kosmetika məhsullarının satışı üzrə satış təmsilçisi kimi minimum 1 il iş təcrübəsi (mütləq şərt);
- Kosmetika brendləri və məhsul çeşidləri üzrə bilik;
- Danışıqlar aparma bacarığı və nəticəyə yönəlmə;
- Azərbaycan dilini sərbəst bilmək;
- Rus dili biliyi üstünlükdür (mütləq şərt deyil);
- MS Office proqramlarında işləmək bacarığı.
Qeyd: Yalnız kosmetika sahəsində təcrübəsi olan namizədlər nəzərə alınacaq. Digər sahələr (avtomobil, ehtiyat hissələri, qida və s.) üzrə təcrübə bu vakansiya üçün uyğun deyil.
Təklif edirik:
- Rəqabətqabiliyyətli əmək haqqı (Fix + KPI + Bonus);
- Karyera inkişafı imkanı;
- İnkişaf edən və perspektivli şirkətdə çalışmaq imkanı;
- Gənc və peşəkar komanda.
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. E-poçtun mövzu (Subject) sətrində mütləq «Satış Təmsilçisi» qeyd edin.
Şirkət haqqında
Shine.az - Azərbaycanda The Act kosmetika brendinin rəsmi distribyutorudur, həmçinin online kosmetika mağazasıdır. Sürətlə böyüyən komandamızda beynəlxalq brendlə işləmək və real nəticələr görmək üçün müraciət edə bilərsiniz.
Shine.az — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
B2B satış kanalı üzrə məhsulun bazara inteqrasiyasını və satışını idarə edir, 3-5 il təcrübə tələb olunur.
Müştəri portfelini idarə edir və satış təcrübəsi ilə güclü əlaqələr qurur.
Satış planları hazırlayır, yeni biznes imkanları tapır və müştəri əlaqələrini idarə edir.




