Bank məhsullarının satışını həyata keçirir və müştəri ehtiyaclarını müəyyən edir.
Vakansiya haqqında
Təsvir
- Fiziki şəxslərə Bankın məhsul və xidmətləri üzrə yüksək səviyyəli xidmət göstərmək;
- Müştərilərin ehtiyaclarını müəyyən edərək uyğun bank məhsul və xidmətlərini aktiv şəkildə təklif etmək və satışını həyata keçirmək;
- Müəyyən edilmiş fərdi satış hədəflərinin icrasını təmin etmək;
- Kredit, depozit, ödəniş kartları və digər bank məhsullarının təqdimatını, satışını və rəsmiləşdirilməsini həyata keçirmək;
- Çarpaz satış imkanlarını müəyyən etmək və müştərilərə ehtiyaclarına uyğun əlavə bank məhsulları təklif etmək;
- Müştərilərə bank məhsullarının şərtləri, tarifləri, faiz dərəcələri, istifadə qaydaları, yeniliklər və kampaniyalar barədə dolğun məlumat vermək;
- Hesablar üzrə nağd və nağdsız əməliyyatların həyata keçirilməsi çərçivəsində müştərilərə xidmət göstərmək;
- Müştərilərdən tələb olunan sənədləri qəbul etmək, yoxlamaq və müvafiq prosedurlara uyğun olaraq aidiyyəti struktur bölmələrə yönləndirmək;
- Mövcud müştərilərlə münasibətləri inkişaf etdirmək və müştəri məmnuniyyətinin təmin olunmasına töhfə vermək;
Tələblər
- Maliyyə, bank işi, iqtisadiyyat, biznesin idarə edilməsi, menecment, digər əlaqəli istiqamətlər üzrə ali təhsil;
- Azərbaycan dili səlis olmalı (xarici dil biliyi üstünlükdür);
- Satış sahəsində iş təcrübəsi arzuolunandır (aparıcı və baş satış məsləhətçisi vəzifəsinə iddia edən namizədlər üçün minimum 2 il təcrübə);
- Bank və ya maliyyə sektorunda satış təcrübəsi üstünlükdür;
- Aktiv satış, müştəri ehtiyaclarının müəyyən edilməsi və uyğun məhsulun təklif edilməsi bacarığı;
- Satış hədəfləri ilə işləmək və nəticəyönümlü yanaşma;
- Müştərilərlə effektiv və uzunmüddətli münasibətlər qurmaq bacarığı;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və müştəriyönümlülük;
- MS Office proqramlarında işləmək bacarığı;
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Şirkət haqqında
Öz gücünüzə inanırsınızsa, inkişafa iddialı və əməksevərsinizsə, Sizi komandamızda görməkdən məmnun olarıq! “Azər-Türk Bank” ASC 25 may 1995-ci ildə təsis edilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankının 29 iyun 1995-ci il tarixli 234…
ATB Bank — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Kafe və restoranlara aktiv satış aparır, ən azı 1 il satış təcrübəsi tələb olunur.
Kredit portfelini idarə edir, yeni müştərilər cəlb edir və satış bacarıqları tələb olunur.
Yeni müştərilər cəlb edir, satış planlarını icra edir və satış sahəsində 3 il təcrübəsi var.


