Vakansiya haqqında

İş şəraiti

  • İş yeri: Bakı
  • İş qrafiki: I–V günlər, tam iş günü. Ofissiz format — çevik iş rejimi,
  • sahə ziyarətləri və uzaqdan iş imkanı
  • Əmək haqqı: 500 AZN sabit + satış həcmindən asılı faiz və bonuslar
  • Müraciət müddəti: vakansiya bağlanana qədər

Vəzifə öhdəlikləri

  • Kafe, restoran, market və digər ticarət obyektləri ilə aktiv satışın həyata keçirilməsi (soyuq zənglər, görüşlər, sahə ziyarətləri);
  • Potensial müştəri bazasının formalaşdırılması və genişləndirilməsi;
  • Məhsulun (EvoPOS kassa sistemi) təqdimatı və demo nümayişinin keçirilməsi;
  • Danışıqların aparılması, kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanması;
  • Mövcud müştərilərlə əlaqələrin davam etdirilməsi, təkrar satış və abunəliyin uzadılması üzrə iş;
  • Satış planının icrası və mütəmadi hesabatlılıq;
  • Bazarın və rəqiblərin monitorinqi.

Tələblər

  • Satış sahəsində ən azı 1 il iş təcrübəsi;
  • HoReCa (kafe/restoran) sahəsində təcrübə üstünlükdür;
  • Dil bilikləri: Azərbaycan dili — səlis (mütləq şərtdir); rus dili — arzuolunandır (üstünlük verilir);
  • Kompüter bilikləri: MS Office, CRM sistemləri ilə iş bacarığı;
  • Yüksək ünsiyyət və inandırma qabiliyyəti, nəticəyönümlülük, müstəqil işləmə bacarığı və məsuliyyət hissi;
  • Ali təhsil arzuolunandır.

Şirkətin təklifi

  • Sabit əmək haqqı + satışdan faiz (gəlir limiti yoxdur);
  • Satışın həyata keçirilməsi ilə bağlı xərclərin şirkət tərəfindən ödənilməsi;
  • Çevik iş rejimi — ofisdə oturmaq tələb olunmur;
  • Məhsul üzrə tam təlim və dəstək;
  • Sürətlə inkişaf edən IT şirkətində karyera imkanı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
500 ₼
Yerləşdirilib
11 sentyabr 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
11 oktyabr 2026

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

EuroDoor
Middle · 2+ ilBakı
700–900

Müştəri bazasını genişləndirir, satış planlarını icra edir və 2 il satış təcrübəsi tələb olunur.

Customer Relationship ManagementNegotiationMarket ResearchPresentation+5
Müraciət etAsan müraciətAsan müraciət
Unitexnika MMC
Junior · 1+ ilBakı
Maaş göstərilməyib

Müştərilərlə satış və icarə işlərini aparır, minimum 1 il satış təcrübəsi tələb olunur.

Corporate SalesB2B SalesCustomer Relationship ManagementNegotiation+7
Müraciət etAsan müraciətAsan müraciət
Buta Park
Middle · 2–3 ilBakı
800–1 200

Tikinti sektorunda korporativ satış aparır və tenderlərlə işləmək bacarığı tələb olunur

Corporate SalesContract NegotiationB2B SalesCustomer Relationship Management+8
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
500 ₼
Satış meneceri
Müraciət et