Onlayn satış və müştəri ünsiyyəti ilə məşğul olan, yüksək satış qabiliyyətinə malik mütəxəssis axtarılır.
Vakansiya haqqında
Biz avtomobil nömrələrinin tanınması, parklanmanın avtomatlaşdırılması və ödəniş sistemləri sahəsində öz texnoloji həllərini hazırlayan şirkətik. Müştərilərimizə ticarət mərkəzləri, yaşayış kompleksləri, otellər, biznes mərkəzləri, parkinqlər və iri şirkətlər daxildir.
Əsas vəzifə
- Azərbaycan bazarında satışların inkişaf etdirilməsi: yeni müştərilərin axtarışı, görüşlərin təşkili, şirkətin həllərinin təqdimatı, danışıqların aparılması və müqavilənin imzalanmasına qədər satış prosesinin idarə olunması.
Vəzifə öhdəlikləri:
- Yeni potensial müştərilərin müstəqil şəkildə axtarılması;
- Şirkətin həllərinin tətbiqi üçün uyğun obyektlərin və müştərilərin müəyyənləşdirilməsi;
- Qərar qəbul edən şəxslərlə əlaqənin yaradılması;
- Soyuq zənglərin həyata keçirilməsi və yeni əlaqələrin qurulması;
- Görüşlərin təşkili və müştərilərlə şəxsi görüşlərin keçirilməsi;
- Ticarət mərkəzləri, yaşayış kompleksləri, otellər, biznes mərkəzləri, parkinqlər və digər kommersiya obyektlərinə səfərlərin həyata keçirilməsi;
- Şirkətin məhsul və həllərinin təqdim edilməsi;
- Müştərinin ehtiyaclarının müəyyənləşdirilməsi;
- Texniki komanda ilə birlikdə müştəriyə uyğun həllin hazırlanması;
- Danışıqların aparılması və kommersiya şərtlərinin razılaşdırılması;
- Müqavilə imzalanana qədər satış prosesinin bütün mərhələlərinə nəzarət;
- Müqavilə imzalandıqdan sonra müştəri və layihə haqqında bütün lazımi məlumatların sonrakı icra üçün Project Manager-ə təhvil verilməsi;
- Öz satış portfelinin idarə olunması;
- Müəyyən edilmiş KPI və satış planlarının yerinə yetirilməsi.
Tələblər:
- B2B Satış sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmalıdır;
- Bakı şəhərini və yerli bazarı yaxşı tanımalıdır;
- Potensial korporativ müştərilərin harada və necə axtarılacağını bilməlidir;
- Yeni satış imkanlarını müstəqil şəkildə müəyyən edə bilməlidir;
- Soyuq zənglər etməkdən çəkinməməlidir;
- Yeni şirkətlərə müraciət etməkdən və ilk əlaqəni yaratmaqdan çəkinməməlidir;
- İşgüzar görüşlər təşkil etməyi və keçirməyi bacarmalıdır;
- Səlis, düzgün və inandırıcı nitqə sahib olmalıdır;
- Təqdimat bacarığı və peşəkar görünüşə malik olmalıdır;
- Müştərini inandırmağı və öz mövqeyini əsaslandırmağı bacarmalıdır;
- Yüksək kommunikasiya bacarıqlarına sahib olmalıdır;
- Aktiv, təşəbbüskar və nəticəyönümlü olmalıdır;
- İşini müstəqil şəkildə planlaşdırmağı bacarmalıdır;
- KPI sistemi ilə işləməyə hazır olmalıdır.
- Şəxsi avtomobilin olması (üstünlük hesab olununacaq)
- Aərbaycan dilində səlis danışıq (Rus və İngilis dillərini bilmək üstünlük hesab olununacaq)
Biz nə təklif edirik?
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Əməkhaqqı: 600 AZN(NET) + satış bonusları; Uğurlu satış nəticələrinə əsasən minimal aylıq gəlir 1.200 AZN, daha yüksək qazanc əldə etmək imkanı mövcuddur.
- İş nəticələrinə uyğun olaraq gəliri artırmaq imkanı;
- İşgüzar ünsiyyət üçün korporativ mobil nömrə təqdim olunur.
- Müştərilərlə görüşlər və işgüzar səfərlər üçün korporativ taksidən istifadə imkanı;
- Stabil iş mühiti və peşəkar inkişaf imkanları
İş şəraiti
- İş qrafiki: Həftəiçi 5 iş günü
- İş saatı: 10:00 – 19:00
- İş yeri: Nərimanov r. Əhməd Rəcəbli küç.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış üzrə mütəxəssis üzrə bazar adətən 600–1 000 ₼ ödəyir, median — 800 ₼.
114 açıq vakansiya, 188 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
F5 Trade ödəniş həlləri və özünəxidmət sistemləri sahəsində ixtisaslaşmış texnologiya şirkətidir. Biz ödəniş terminallarının, özünəxidmət köşklərinin və parklanma ödəniş sistemlərinin layihələndirilməsi, istehsalı, inteqrasiyası və texniki…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsindədir.
Həftəiçi 5 iş günü, saat 10:00 – 19:00 işlənir.
600 AZN NET əməkhaqqı və satış bonusları təklif olunur, gəlir artırmaq imkanı var.
B2B satış sahəsində ən azı 1 il iş təcrübəsi tələb olunur.
Namizədlər CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Təhlükəsizlik sistemləri üzrə topdan satış həyata keçirir və satış təcrübəsi tələb olunur.
Müştərilərlə işləyir, satış prosesini idarə edir və minimum 1 il satış təcrübəsi tələb olunur.
Tikinti materialları mağazasında satış edir, komputer bilikləri və satış təcrübəsi tələb olunur.



