Müştərilərlə işləyir, satış və marketinqdə aktiv iştirak edir, rus dili bilməlidir.
Vakansiya haqqında
İş şəraiti
İşəgötürən: Eden Agro MMC
Struktur: Kommersiya, Satış və Marketinq departamenti
Birbaşa rəhbər: Kommersiya, Satış və Marketinq departamentinin rəhbəri
İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri:
Satış strategiyasının hazırlanmasında iştirak etməli, rəhbərə təkliflər verməlidir;
Müştərilərə müəssisənin istehsal etdiyi məhsullar, məhsulların keyfiyyəti və xüsusiyyətləri haqqında məlumatları verilməlidir;
Müştərilərdən daxil olan sifarişlərə nəzarət etməli, məhsullar müştərilərə təhvil verilənə qədər mütəmadi əlaqə saxlamalıdır;
Məhsulların təchizat müddətlərinin əməl edilməsinə nəzarət etməli, təchizatda yubanma yaranarsa, birbaşa rəhbərini məlumatlandırmalıdır;
Müştəri, bazar və rəqiblərlə əlaqədar informasiyaları hesabat şəklində rəhbərliyə çatdırmalıdır;
Potensial müştərilər haqqında məlumatlar toplamalı və rəhbərliyə təqdim etməlidir;
Daim yeni müştərilər axtarmalı və cəlb etməlidir;
Zavodun istehsal etdiyi əsas məhsulların (qlükoza, fruktoza, nişasta) və yan məhsulların (kəpək, özək, qarğıdalı qırıntısı, qlüten) satışını həyata keçirməlidir;
Sağlam müştəri münasibətlərini korporativ standartlara və biznes etikasına uyğun formada qurmalıdır;
Müştərilərin cəlbi istiqamətində görüşlər təşkil etməli və təkliflər hazırlamalıdır;
Satışla əlaqədar tələb və təklifləri hesabat şəklində təqdim etməlidir;
Bazarda olan rəqibləri mütəmadi araşdırmalıdır;
İşgüzar tədbirlərdə şirkəti təmsil etməlidir;
Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etməli, analiz aparmalı və çatışmazlıqları müəyyən edərək Kommersiya və Satış şöbəsinin müdirinə təkliflərini bildirməlidir;
Müştərilərin borclarına daimi nəzarət etməli və borcların əvvəlcədən təyin olunmuş vadə müddətinə uyğun yığılması ilə məşğul olmalıdır;
Vəzifə tələbləri:
Ali təhsil (Logistika, İqtisadiyyat, Biznesin idarə olunması, Marketinq və ya əlaqəli sahə);
Satış və ya logistika üzrə minimum 1-2 il iş təcrübəsi;
Təchizat zəncirinin idarə olunması sahəsində praktiki bilik;
Anbar uçotu və inventar nəzarəti
Müqavilələrin hazırlanması və icrası, qiymət formalaşdırma prinsipləri
Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;
Azərbaycan / Rus dili səlis, İngilis yaxşı;
1C / ERP, MS Office (xüsusilə güclü Excel) proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Biz təklif edirik:
Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
Peşəkar və liderlik inkişaf proqramları;
Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı;
Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları;
Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı;
Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti;
Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış üzrə mütəxəssis üzrə bazar adətən 600–1 150 ₼ ödəyir, median — 800 ₼.
92 açıq vakansiya, 262 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəri, Park View Biznes Mərkəzindədir.
İş qrafiki həftədə 5 gün, saat 09:00-dan 18:00-dəkdir.
Satış və ya logistika üzrə minimum 1-2 il iş təcrübəsi tələb olunur.
Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi təklif olunur.
Namizəd 1C / ERP və MS Office proqramlarını, xüsusilə Excel-i sərbəst istifadə etməlidir.
Namizəd öz CV-sini mövzu bölməsində “Satış üzrə kiçik mütəxəssis” qeyd edərək göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Müştərilərlə işləyir, məhsulları təqdim edir və satış hədəflərinə çatır, 1-3 il təcrübə tələb olunur
Restoran və kafe sahəsində sahə satışını həyata keçirir, ünsiyyət və təqdimat bacarığı tələb olunur.
Müştərilərlə görüşür, satış təşkil edir və ən azı 2 il satış təcrübəsi tələb olunur.




