Məhsul və xidmətlərin satışını həyata keçirir, aktiv satış və müştəri cəlbetmə bacarığı tələb olunur
Vakansiya haqqında
İş şəraiti
- İş yeri: Bakı, Azərbaycan
- İş rejimi: Tam ştat
- İş qrafiki: 5 günlük iş həftəsi
Vəzifə haqqında
- Daşınmaz əmlak sahəsində fəaliyyət göstərən şirkətimiz satış komandasına qoşulmaq üçün təcrübəli və nəticəyönümlü Satış üzrə menecer axtarır.
- Namizəd yaşayış komplekslərinin və daşınmaz əmlak layihələrinin satışının təşkili, potensial müştərilərin cəlb edilməsi, müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və satış prosesinin uğurla idarə olunmasına cavabdeh olacaq.
Əsas vəzifə və öhdəliklər
- Potensial müştərilərin axtarışı və cəlb edilməsi;
- Yaşayış komplekslərinin və daşınmaz əmlak layihələrinin müştərilərə təqdim edilməsi;
- Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun mənzil təkliflərinin hazırlanması;
- Satış prosesinin ilkin əlaqədən müqavilənin bağlanmasına qədər idarə olunması;
- Müştərilərlə görüşlərin və danışıqların təşkili və aparılması;
- Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması;
- Müəyyən edilmiş satış hədəflərinin (KPI) yerinə yetirilməsi;
- CRM sistemində müştəri məlumatlarının və satış prosesinin qeydiyyatının aparılması;
- Daşınmaz əmlak bazarının və rəqib layihələrin araşdırılması;
- Müntəzəm satış hesabatlarının hazırlanması.
Namizədə dair tələblər
- Ali təhsil;
- Daşınmaz əmlak sahəsində satış üzrə minimum 2 il iş təcrübəsi;
- Yaşayış komplekslərinin və mənzillərin satış prosesi haqqında biliklər;
- Daşınmaz əmlak bazarı və satış prinsipləri üzrə məlumatlılıq;
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Müştərilərlə effektiv işləmək bacarığı;
- Satış hədəflərinə çatmaq və nəticəyönümlü işləmək bacarığı;
- CRM sistemləri ilə iş təcrübəsi arzuolunandır;
- Komandada işləmək və operativ qərarlar qəbul etmək bacarığı.
Dil bilikləri
- Azərbaycan dili – sərbəst;
- Rus dili – yaxşı səviyyədə;
- İngilis dili – yaxşı səviyyədə olması üstünlükdür.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış üzrə mütəxəssis üzrə bazar adətən 600–1 100 ₼ ödəyir, median — 800 ₼.
78 açıq vakansiya, 301 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış üzrə mütəxəssis kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
Tam ştat, 5 günlük iş həftəsi ilə işləmək tələb olunur.
Daşınmaz əmlak sahəsində satış üzrə minimum 2 il iş təcrübəsi tələb olunur.
Azərbaycan dili sərbəst, rus və ingilis dilləri yaxşı səviyyədə olmalıdır.
Namizəd CV göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Müştərilərlə əlaqə qurur, satış prosesini idarə edir və minimum 1-2 il təcrübə tələb olunur
Yeni korporativ müştəriləri cəlb edir və müştəri ehtiyaclarını analiz edir, danışıqlar aparır.
Elektronika mağazasında satış prosesini idarə etmək və müştəri münasibətlərini qurmaq tələb olunur




