Müştərilərə premium avtomobillərin satışında fərdi məsləhət verir və yüksək xidmət göstərir
Vakansiya haqqında
Premium avtomobil sektorunda fəaliyyət göstərən şirkət komandamıza Satış üzrə məsləhətçi vəzifəsinə xanım namizəd axtarır.
Bu vəzifədə satış yalnız avtomobilin təqdim edilməsi və satış prosesinin tamamlanması deyil. Əsas məqsəd müştəriyə ilk müraciətdən avtomobilin təhvil verilməsinə və satışdan sonrakı ünsiyyətə qədər yüksək səviyyəli, fərdi və premium xidmət təcrübəsi təqdim etməkdir.
Əsas vəzifələr
- Müştəriləri peşəkar şəkildə qarşılamaq, onların ehtiyac və gözləntilərini müəyyən etmək;
- Avtomobillər, komplektasiyalar, texnologiyalar və üstünlüklər haqqında ətraflı və düzgün məlumat təqdim etmək;
- Müştərinin ehtiyaclarına uyğun avtomobil seçimi üzrə fərdi məsləhətlər vermək;
- Avtomobillərin təqdimatını və test sürüşlərini yüksək xidmət standartlarına uyğun həyata keçirmək;
- Müştərini ilk müraciətdən satışın tamamlanmasına və avtomobilin təhvil verilməsinə qədər bütün proses boyunca müşayiət etmək;
- Potensial müştərilərlə mütəmadi əlaqə saxlamaq və məlumatları satış bazasında düzgün idarə etmək;
- Mövcud müştərilərlə uzunmüddətli münasibətlər qurmaq, müştəri loyallığını və təkrar satış imkanlarını inkişaf etdirmək;
- Aylıq və illik satış hədəflərinin (KPİ) yerinə yetirilməsini təmin etmək;
- Əlavə məhsul və xidmətləri müştərilərə təqdim etmək;
- Müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılmasını təmin etmək;
- Məhsullar, avtomobil texnologiyaları, bazar tendensiyaları və rəqiblər haqqında bilikləri daim yeniləmək;
- Şirkət tərəfindən keçirilən məhsul, satış və müştəri xidməti təlimlərində aktiv iştirak etmək;
- Beynəlxalq standartlara, müəyyən edilmiş satış proseslərinə, müştəri xidməti tələblərinə və brend qaydalarına (guidelines) gündəlik fəaliyyətdə tam riayət etmək;
- Regional ofisi tərəfindən mütəmadi keçirilən audit və qiymətləndirmələr üzrə müəyyən edilmiş bütün standart və meyarların davamlı şəkildə yerinə yetirilməsini təmin etmək;
Namizədə tələblər
- Ali təhsil;
- Yaş: 25-40
- Satış və ya müştəri xidməti sahəsində minimum 2 il iş təcrübəsi;
- Avtomobil, premium/lüks məhsul və ya xidmətlərin satışı üzrə təcrübə üstünlükdür;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
- Rus və ingilis dillərini bilmək üstünlükdür;
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Müştərinin ehtiyaclarını düzgün müəyyən etmək və fərdi yanaşma nümayiş etdirmək bacarığı;
- Yüksək xidmət mədəniyyəti və müştəriyönümlülük;
- Satış hədəflərinə və nəticəyə yönümlülük;
- Beynəlxalq xidmət standartlarına və müəyyən edilmiş prosedurlara dəqiq riayət etmək bacarığı;
- Detallara yüksək diqqət, məsuliyyət və təşkilatçılıq;
- Peşəkar görünüş və yüksək ünsiyyət mədəniyyəti;
- Təşəbbüskarlıq və komandada işləmək bacarığı;
- MS Office proqramları ilə işləmək bacarığı;
- B kateqoriyalı sürücülük vəsiqəsi.
Biz nə təklif edirik?
- Premium avtomobil sektorunda beynəlxalq standartlara uyğun peşəkar iş mühiti;
- Stabil əmək haqqı və satış nəticələrinə əsaslanan bonus sistemi;
- Beynəlxalq standartlara uyğun məhsul, satış və müştəri xidməti təlimləri;
- Peşəkar inkişaf və karyera imkanları;
- Dinamik və peşəkar komandanın bir hissəsi olmaq imkanı.
- Əmək haqqı 1000 AZN və satışdan bonus.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Satış üzrə mütəxəssis üzrə bazar adətən 600–1 150 ₼ ödəyir, median — 800 ₼.
101 açıq vakansiya, 279 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış üzrə mütəxəssis kimi öz maaşını yoxlaMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Əmək haqqı 1000 ₼ və satışdan bonus daxildir.
Satış və ya müştəri xidməti sahəsində minimum 2 il iş təcrübəsi tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Müştərilərlə işləyir, məhsulları təqdim edir və satış hədəflərinə çatır, satış təcrübəsi tələb olunur.
Müştərilərlə işləyir, satış və marketinqdə aktiv iştirak edir, rus dili bilməlidir.
Məişət texnikası və elektronika məhsullarının satışını həyata keçirir, satış təcrübəsi tələb olunur.


