Kredit mütəxəssisi aktiv satış aparır və müştəri cəlbi bacarıqlarına malik olmalıdır.
Vakansiya haqqında
Şirkət haqqında
Elonya Tekstil ev tekstili və cehizlik məhsulların topdan qiymətə pərakəndə satışını həyata keçirən, müştərilərinə geniş çeşiddə keyfiyyətli məhsullar təqdim edən mağazalar şəbəkəsidir. Şirkətimiz müştəri məmnuniyyətini, keyfiyyətli xidmət və peşəkar satış yanaşmasını əsas prioritetlərindən biri hesab edir.
6 gün iş 1 gün istirahət
İş yeri: İnşaatçılar metrosu yaxınlığı
İş saatı: 10:00-dan 19:00-dək / 12:00-dan 21:00-dək
Əmək haqqı: 450 azn + satışdan bonus
Vəzifə öhdəlikləri
-Müştəriləri qarşılayaraq ehtiyaclarını müəyyən etmək və uyğun məhsullar təklif etmək
-Məhsullar haqqında müştərilərə ətraflı və düzgün məlumat vermək
-Məhsulların xüsusiyyətlərini, üstünlüklərini və istifadə qaydalarını təqdim etmək
-Satış prosesini peşəkar şəkildə idarə etmək və satış hədəflərinə çatmaq
-Müştərilərlə uzunmüddətli və düzgün münasibətlər qurmaq
-Mağazada məhsulların səliqəli şəkildə yerləşdirilməsinə nəzarət etmək
-Vitrin və məhsul təqdimatının daim səliqəli olmasını təmin etmək
-Qiymət və kampaniyalar haqqında müştəriləri məlumatlandırmaq
-Satış zamanı yaranan sual və problemləri düzgün şəkildə həll etmək
-Mağazanın daxili intizam və xidmət standartlarına əməl etmək
Tələblər
-18-40 yaş arası xanım namizədlər
-Satış sahəsində təcrübə
-Müştəri ilə düzgün və rahat ünsiyyət qurmaq bacarığı
-Yüksək təqdimat və inandırma qabiliyyəti
-Özünəinamlı və pozitiv olmaq
-Məsuliyyətli, aktiv və işinə ciddi yanaşmaq
-Komanda ilə işləməyi bacarmaq
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Kredit məhsullarını təqdim edir, müştəri cəlb edir və satış bacarıqları tələb olunur.
Tibbi məhsulları tanıtmaq və satış dinamikasını izləmək üçün təqdimat bacarığı tələb olunur
Müştərilərlə əlaqə qurur, məhsulları təqdim edir və satış hədəflərinə çatır.

