Daxil olan zəngləri cavablandırır, müştəri xidmətində yüksək kommunikasiya bacarığı tələb olunur.
Vakansiya haqqında
Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Ali təhsil;
- Dil bilikləri- Azərbaycan və rus dilləri səlis;
- Minimum 1 il iş təcrübəsi;
- Kompüter bilikləri: MS Office proqram biliyi;
- Məsuliyyətlilik, güclü kommunikasiya və komanda ilə işləmək bacarığı.
İş haqqında məlumat:
- Müştərilər ilə bağlantı yaradaraq sığorta məhsulu satışının həyata keçirilməsi;
- Müştəri istəklərini təhlil edərək sığorta məhsulları üzrə təkliflərin hazırlanması;
- Müştərilərlə əlaqə saxlayıb, şirkətin təqdim etdiyi təkliflərlə tanış edilməsi;
- Müxtəlif satış kanalları ilə cəlb edilən müştərilərin sorğularının cavablandırılması;
- Təqdim olunan bazadakı müştərilərə qeyd edilmiş gün və saatlarda zəng edilməsi;
- Şirkətə müraciət edən müştərilərə informasiya dəstəyinin göstərilməsi ilə keyfiyyətli xidmət göstərilməsi;
- Rəhbərliyin tapşırığına əsasən yerinə yetirilmiş işlər barəsində müxtəlif hesabatların hazırlanması və satış hədəflərinin həyata keçirilməsi.
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır
- İmtiyazlar: Könüllü tibbi sığorta;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Telesatış üzrə kiçik mütəxəssis) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
16 sentyabr 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
16 oktyabr 2026
Şirkət haqqında
Xalq Sığorta
Insurance · Baku
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
500–700₼
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Tələbələrə təhsil xidmətləri satmaq və müştəri ehtiyaclarını müəyyən etmək bacarığı tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib4 gün qalıb
Fiziki şəxslərə bank məhsulları və xidmətləri üzrə yüksək səviyyədə xidmət göstərir və kredit müraciətlərini təhlil edir
800₼3 gün qalıb
Satış departamentinin fəaliyyətini koordinasiya edir və ofis işlərini idarə edir, MS Office bilikləri tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət




