Müştərilərlə işləyir, satış və marketinqdə aktiv iştirak edir, rus dili bilməlidir.
Vakansiya haqqında
Birbankın Yerində Xidmət bölməsinə Rəqəmsal Mərkəzlərdə fəaliyyət göstərəcək, rəqəmsal bank məhsul və xidmətlərini təqdim edəcək, satış üçün yeni müştərilərin cəlb edilməsində aktiv rol alacaq, müştərilərə dəstək göstərəcək və yüksək xidmət keyfiyyəti təmin edəcək əməkdaş axtarışındayıq.
Vəzifə öhdəlikləri
- Bankla partnyor, qeyri-partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili;
- Bankın kredit və qeyri-kredit məhsullarını təbliğ etmək üçün müxtəlif mərkəzlərdəki məntəqələrdə fəaliyyət göstərilməsi;
- Bankın kredit və qeyri-kredit məhsullarının təbliğatı məqsədilə müştərilərlə görüşlər keçirilməsi;
- Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;
- Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi;
- Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi;
- Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması.
Tələblər
- Ali təhsil;
- Satış bacarığı;
- Məsuliyyətlilik;
- Operativlik;
- Qərar qəbul etmə bacarığı;
- Kollektivdə işləmə bacarığı;
- Müştəriyönümlülük;
- Yüksək səviyyədə ünsiyyət bacarığı;
- Microsoft Office proqramları üzrə biliklər.
Üstünlüklər
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi kredit
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış üzrə mütəxəssis üzrə bazar adətən 600–1 150 ₼ ödəyir, median — 800 ₼.
92 açıq vakansiya, 262 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış üzrə mütəxəssis üzrə Qobustanda digər açıq elanlar.
Ağır texnika və ehtiyat hissələrinin satışını həyata keçirir, güclü ünsiyyət bacarığı tələb olunur.
Kiçik və orta biznes müştəriləri ilə işləyir və satış bacarıqları tələb olunur.
Kiçik və Orta Biznes müştəriləri ilə B2B satış və biznes inkişafı həyata keçirir, minimum 1 il satış təcrübəsi tələb olunur.





