Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
VAKANSİYA: Rəqəmsal Məhsul üzrə Satış Mütəxəssisi
Şirkət: AVROTECH MMC
Məkan: Bakı, Azərbaycan
Məşğulluq növü: Tam iş günü
Şirkət haqqında: Şirkətimiz bizneslərin rəqəmsal infrastrukturunu quran, operativ effektivliyi artıran mobil tətbiqlər, veb həllər, SaaS platformaları və davamlı rəqəmsal dəstək xidmətləri təqdim edir.
İşin təsviri: Portfelimizə daxil olan yeni texnoloji məhsulun aktiv satış strategiyasını icra edəcək, bazara daxil olma mərhələsində potensial müştərilərlə birbaşa əlaqələr quraraq satış həcmini artıracaq dinamik Satış Mütəxəssisi (Xanım) axtarırıq.
Vəzifə öhdəlikləri:
• Aktiv bazara çıxış (outbound sales): Potensial müştəri seqmentlərini təyin etmək, soyuq zənglər və görüşlər vasitəsilə rəqəmsal həllin və rəqəmsal dəstək xidmətinin satışını həyata keçirmək;
• Sistemli follow-up (müştəri təqibi): İlkin maraq göstərən, lakin qərar vermə müddəti uzanan müştərilərlə mütəmadi, peşəkar "follow-up" prosesini idarə etmək;
• Texniki dəyərin izahatı: Texnoloji xidmətin üstünlüklərini müştərinin dilində sadə, aydın və biznesə gətirəcəyi fayda prizmasından izah etmək;
• Demo görüşlərin keçirilməsi: Potensial müştərilər üçün platformanın və proqram təminatının vizual "demo" təqdimatını təşkil etmək;
• CRM və Hesabatlılıq: Bütün potensial müştəri məlumatlarını və növbəti addımları sistemdə dəqiq qeyd etmək.
Namizədə tələblər:
• Cinsi: Xanım
• Rəqəmsal satış təcrübəsi: Veb həllər, İT sistemləri, mobil tətbiqlər və ya rəqəmsal dəstək xidmətlərinin satışı sahəsində minimum 1 il uğurlu təcrübə;
• Güclü follow-up bacarığı: Müştəriləri sistemli şəkildə izləmək və prosesi müqavilə ilə yekunlaşdırmaq qabiliyyəti;
• Hədəf yönümlülük: Yalnız hazır müştəri bazası ilə deyil, sıfırdan baza qurmaq və "soyuq" müştərini "isti" müştəriyə çevirmək həvəsi;
• Səlis ünsiyyət: Azərbaycan və rus dillərində (ingilis dili üstünlükdür) mükəmməl, inandırıcı və peşəkar işgüzar danışıq bacarığı.
Biz təklif edirik:
• Performansa əsaslanan çevik və motivasiyaedici qazanc modeli: Fiks əməkhaqqı + Satışdan faiz/bonuslar;
• Rəqəmsal məhsul və xidmətlərin bazara çıxış mərhələsində satış strategiyasında birbaşa rol almaq imkanı;
• Karyera baxımından satış komandasının rəhbəri vəzifəsinədək yüksəlmək perspektivi.
#vakansiya #işaxtaran #işvar #satışmütəxəssisi #sales #avrotech
Şirkət haqqında
Müasir texnologiya dəstəkciniz | AVROTECH şirkəti Azərbaycan Respublikası ərazisində informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən prioritetləri və inkişaf strategiyası olan yerli investisiyalı şirkətdir. AVROTECH şirkəti olaraq əsas fəaliyyət istiqamətimiz və təklif edilən xidmətlərimiz İT infrastrukturunun sıfırdan qurulması və ya yenilənməsi, təhlükəsizlik sistemlərinin qurulması, POS-terminal və e-kassa sisteminin qurulması və ya yenilənməsi, müştəri baza sisteminə məlumatların inteqrasiya edilməsi, bizneslərdə satışın avtomatlaşdırılması, məlumat texnologiyaları və hesablama texnikası sahəsində sair fəaliyyətdən ibarətdir.
AVROTECH MMC — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.


