Əlavə dəyər xidmətləri və tərəfdaşlıqların idarə olunması üzrə iş aparır, əlaqə bacarığı tələb olunur.
Vakansiya haqqında
Bir Ekosistem daxilində E-ticarət istiqaməti üzrə satış və tərəfdaşlıq strategiyasının hazırlanması və icrasına rəhbərlik edəcək, gəlir artımını təmin edərək strateji əməkdaşlıqların qurulması və inkişafı vasitəsilə biznesin davamlı böyüməsi və bazar mövqeyinin gücləndirilməsinə töhfə verəcək təcrübəli rəhbər axtarırıq.
Vəzifə öhdəlikləri
- E-ticarət partnyorları üzrə satış və tərəfdaşlıq strategiyasının hazırlanması və icrasına rəhbərlik;
- Bölmə üzrə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün proseslərin qurulması və nəzarət;
- Bazar və rəqib təhlillərinin aparılması, inkişaf imkanları üzrə təkliflərin hazırlanması;
- Partnyorlarla əməkdaşlıq zamanı yaranan sualların və müraciətlərin operativ şəkildə araşdırılması və həllinin təmin edilməsi;
- Bazarda olan yeni strateji partnyorların cəlb edilməsinin təmin edilməsi;
- Partnyorlarla münasibətləri inkişaf etdirmək və mütəmadi olaraq görüşlərin keçirilməsi;
- Partnyor məmnuniyyətini artırmaq üçün xidmət səviyyəsinin davamlı olaraq təkmilləşdirilməsi və operativ həllər təklif edilməsi;
- Ekosistem məhsulları və xidmətləri üzrə partnyor kampaniyalarının hazırlanması və icrasına rəhbərlik;
- Bazarda yeniliklərin (trendlərin) müəyyən edilməsi və məhsula aid ideyaların verilməsi;
- Partnyor portfelinin inkişaf strategiyasının hazırlanması və effektiv icrasının təmin edilməsi;
- Komandanın effektiv idarə olunması və əməkdaşların inkişafının təmin edilməsi.
Tələblər
- Ali təhsil;
- Azərbaycan dili əla səviyyədə, Rus və ya İngilis dili bilikləri üstünlükdür;
- Bankda ekvayrinq məhsullarının satışı üzrə minimum 1 il iş təcrübəsi;
- MS Office proqramları üzrə yüksək səviyyədə biliklər;
- Yüksək səviyyədə ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Güclü analitik düşüncə və problem həlletmə qabiliyyəti;
- Müstəqil və komandada işləmək bacarığı;
- Məsuliyyətlilik və nəticəyönümlülük;
- Operativlik, eyni anda bir neçə işi planlaşdırmaq, prioritetləşdirmək və paralel şəkildə idarə etmək qabiliyyəti.
Üstünlüklər
- İnkişaf imkanları
- Rəqabətli əməkhaqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi krediti
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Yerləşmə
Bakı, 153 Neftçilər prospekti, Nəsimi district
Təcrübə
Lead / Head
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
30 iyun 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
9 oktyabr 2026
Baxış
26
Şirkət haqqında
Birbank
Banking · Baku
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTərəfdaşlıq meneceri üzrə Bakıda digər açıq elanlar.
Maaş göstərilməyib
Partnership DevelopmentPartner Relationship ManagementReportingCommunication
Maaş göstərilməyib
ABŞ biznes tərəfdaşları ilə davamlı satış tərəfdaşlığı qurur və idarə edir.
Maaş göstərilməyib
Maaş göstərilməyib



