Tərəfdaşlıq əlaqələrini inkişaf etdirir və strateji əməkdaşlıq bacarıqları tələb edir
Vakansiya haqqında
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü
GLODEMIA şirkətlər, təhsil müəssisələri və digər təşkilatlarla strateji əməkdaşlıqlar quracaq, tələbələr üçün inkişaf imkanları yaradacaq və müxtəlif tədbirlərin təşkilini həyata keçirəcək Korporativ Tərəfdaşlıqlar və Tədbirlər üzrə Mütəxəssis axtarır.
Bu vəzifənin əsas istiqamətlərindən biri 16–17 yaşlı şagirdlər üçün universitet müraciətlərində faydalı ola biləcək dərsdənkənar fəaliyyətlərin təşkili, korporativ mentorluq proqramlarının yaradılması və peşəkar inkişaf layihələrinin həyata keçirilməsidir.
Vəzifə öhdəlikləri
- Yerli və beynəlxalq şirkətlər, məktəblər, universitetlər, QHT-lər və digər təşkilatlarla əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi;
- Korporativ tərəfdaşlıq təkliflərinin hazırlanması və danışıqların aparılması;
- Şagirdlər üçün korporativ dəstəkli dərsdənkənar fəaliyyətlərin təşkili;
- Karyera tanıtımı proqramlarının, şirkət ziyarətlərinin, mentorluq layihələrinin və təlimlərin koordinasiyası;
- Liderlik proqramlarının, biznes yarışlarının, sahibkarlıq layihələrinin və sosial təşəbbüslərin təşkili;
- Şagirdlərin universitet müraciətləri üçün faydalı təcrübə və nailiyyətlər qazanmasına dəstək olan layihələrin hazırlanması;
- Xaricdə təhsil sərgilərinin, universitet təqdimatlarının, seminarların və digər tədbirlərin təşkili;
- Tədbirlərin planlaşdırılması, logistika, qeydiyyat və iştirakçı kommunikasiyasının idarə edilməsi;
- Məktəblər, universitetlər və korporativ nümayəndələrlə uzunmüddətli əlaqələrin qurulması;
- Xaricdə təhsil şöbəsi ilə birlikdə tələbələrin akademik və şəxsi inkişafına yönəlmiş proqramların hazırlanması;
- GLODEMIA Tələbə Şurasının və tələbə təşəbbüslərinin dəstəklənməsi;
- Yetkinlik yaşına çatmayan iştirakçılar üçün valideyn razılığı, nəzarət və təhlükəsizlik prosedurlarına riayət edilməsinin təmin olunması;
- Tərəfdaşlıq və tədbirlərin nəticələrinin təhlili, müvafiq hesabatların hazırlanması;
- Korporativ təqdimatların, əməkdaşlıq təkliflərinin və rəsmi yazışmaların hazırlanması.
Namizədə tələblər
- Yüksək səviyyədə kommunikasiya, danışıqlar və təqdimat bacarıqları;
- Güclü təşkilatçılıq və layihə idarəetmə bacarıqları;
- Korporativ nümayəndələr və rəhbər şəxslərlə peşəkar ünsiyyət qurmaq bacarığı;
- Tədbir, seminar və təlimlərin təşkili üzrə təcrübə;
- Azərbaycan dilində sərbəst, ingilis dilində yaxşı səviyyədə biliklər;
- Rus dili biliyi üstünlükdür;
- Müstəqil işləmək və bir neçə layihəni paralel idarə etmək bacarığı;
- Təhsil müəssisələri, QHT-lər və gənclərin inkişafı layihələri üzrə təcrübə üstünlükdür.
Biz nə təklif edirik?
- Təcrübə və bacarıqlara uyğun əməkhaqqı;
- Tərəfdaşlıqların inkişafı üzrə nəticələrə əsaslanan bonus imkanları;
- Aparıcı şirkətlər və təhsil müəssisələri ilə əməkdaşlıq imkanı;
- Beynəlxalq təhsil sərgilərində, korporativ tədbirlərdə və tələbə layihələrində iştirak;
- Peşəkar əlaqələrin genişləndirilməsi və karyera inkişafı;
- Dinamik və dəstəkləyici komanda mühiti.
Namizədlər CV-lərini “Korporativ Tərəfdaşlıqlar və Tədbirlər üzrə Mütəxəssis – Glodemia”başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.
Əlaqə +994-50-700-03-85 whatsapp
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Biz daima həyata hazır fərdlər yetişdirmək uğrunda çalışırıq. Hər kəsin sevəcəyi motodikalar ilə Glodemia tədris mərkəzi hər bir tələbəsinin həm fərd olaraq özünü inkişaf etdirəcəyi, həm də imtahanlarını uğurla keçəbiləcəyi tədris…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Tam iş günü rejimində işləmək tələb olunur.
Əməkhaqqı təcrübə və bacarıqlara uyğun müəyyən edilir.
Tərəfdaşlıqların inkişafı üzrə nəticələrə əsaslanan bonus imkanları mövcuddur.
Azərbaycan dilində sərbəst, ingilis dilində yaxşı səviyyədə, rus dili isə üstünlükdür.
Namizədlər CV-lərini “Korporativ Tərəfdaşlıqlar və Tədbirlər üzrə Mütəxəssis – Glodemia” başlığı ilə təqdim etməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTərəfdaşlıq üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Partnyorların cəlb olunması üzrə mütəxəssis kimi B2B satış və müştəri cəlbi bacarıqları tələb olunur
Otellərlə birbaşa əlaqələr qurur, müqavilələr bağlayır və danışıqlar aparır, 2 il təcrübə tələb olunur.
Partnyorlarla iş proseslərini idarə edir və danışıqlar aparmaq bacarığı tələb olunur.




